İraqın əl-Ənbar əyalətindəki təhlükəsizlik mənbəsi ABŞ-ın Bağdad hökumətindəki nüfuzlu partiyalara İŞİD-ə bağlı 8000-dən çox ailənin Suriyanın əl-Hol düşərgəsindən İraqa qaytarılmasına razılıq vermələri üçün təzyiq göstərməsi barəsində xəbərdarlıq edib.
Bu təhlükəsizlik mənbə xəbər agentliklərindən birinə verdiyi müsahibədə deyib: Amerikalıların yeni planının məqsədi İraqın sabitliyini və təhlükəsizliyini pozmaq və işğalçı ABŞ qüvvələrinin İraq torpaqlarında qalması üçün zəmin yaratmaqdır.
Amma İraqın təhlükəsizlik rəhbərləri bu planı kəskin şəkildə pisləyiblər. Bundan əlavə, əl-Ənbar əyalətindəki qəbilələrin ağsaqqalları və tanınmış köçəriləri də İŞİD terrorçularının ailələrinin İraq bölgələrinə qayıtdıqları təqdirdə, onları öldürməklə hədələyiblər.
Bununla əlaqədar olaraq, İraqın Mühacir və Miqrant İşləri Nazirliyinin rəsmi sözçüsü “Əli Abbas” İraq İŞİD terrorçularına aid və 20 minə yaxın yeni qrup ailə və ünsürlərin Suriyanın əl-Hol düşərgəsindən çıxarılması üçün hazırlıqların getdiyini açıqlayıb. O, bildirib ki, indiyə qədər bu ünsürlərdən olan 10 min iraqlı qayıdıb və digər bir karvan da tezliklə İraqa qaytarılacaq.
“Əl-Hərrak əl-Qanuni” üzvlərindən olan “Əhməd şəhid əş-Şəmmari” terrorçuların və radikalların Suriyadakı terrorçulara qoşulmaları üçün İraq zindanlarından azad edilməsində ABŞ-ın əlinin çox olduğuna işarə edərək deyib: Terrorçuların ümumi amnistiya qanununa daxil edilməsini istəyənlər İŞİD-lə ortaqdırlar.
Əş-Şəmmari İraqdakı bəzi siyasi hərəkatların, terrorçuların Suriyanın əl-Hol düşərgəsindən buraxılmaları ilə eyni vaxtda ümumi amnistiya istədiklərinə toxunaraq deyib: İŞİD terrorçularına bağlı ünsürlərin azadlığı üçün göstərilən səylər amerikalı işğalçıların göstərişi ilə və tam olaraq parlamentin onların İraqdakı hərbi mövcudluğuna son qoyulması tələbindən sonra edilib.