İraqın təhlükəsizlik məsələləri üzrə eksperti ABŞ-ın İraqın cənubundakı yeni ssenarisi və İŞİD terrorçularını Suriyadan İraqın əl-Ənbar vilayətinin qərbindəki səhra bölgəsinə köçürməsi barəsində məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, təhlükəsizlik məsələləri üzrə ekspert Qotri əs-Səmərməd ABŞ qüvvələrinin İŞİD üzvü olan terrorçuları, o cümlədən xarici vətəndaşları İraqın əl-Ənbar vilayətinin qərbindəki “Vadi Həvran” məntəqəsinə sızmaları üçün şərait yaratdıqlarını üzə çxarıb.
O, verdiyi müsahibədə bildirib: “Əldə edilən məlumatlar bir sıra İŞİD terrorçularının Suriyadan əl-Ənbar vilayətinin qərbində yerləşən Vadi Həvran səhra məntəqəsinə sızdığını göstərir. Bu iş beynəlxalq koalisiya qüvvələrinin dəstəyi və icazəsi ilə baş tutur.”
Əs-Səmərməd sözlərinin davamında deyib ki, sözdə İŞİD-ə qarşı beynəlxalq koalisiya İŞİD qüvvələrinin adı çəkilən məntəqədəki gizli yeraltı tunellərə çatması üçün yol açıb. 3-4 nəfərlik kiçik qruplar şəklində olan terrorçular müxtəlif müasir maşın və silahlarla təchiz olunmuş və Eynul-Əsəd bazasında olan amerikalı qüvvələrin xəbəri olan halda bölgədə yayılıblar. Bu, hələlik ölçüləri bilinməyən bir ssenarinin olduğunu çatdırır.
O, əlavə olaraq bildirib: “Bu ABŞ koalisiyası qüvvələri bu cinayətkar təşkilatın üzvlərinin Suriyadan qeyri-bərabər relyefli Vadi Həvran bölgəsi istiqamətində hərəkət etmələri üçün bir hava paraşütü hazırlayırlar.”
Təhlükəsizlik məsələləri üzrə ekspert qeyd edib ki, ABŞ koalisiyası İraqın təhlükəsizliyini və sabitliyini pozmaq məqsədi ilə həyata keçirdiyi plan çərçivəsində İraq təyyarələrinin bu məntəqənin hava məkanında uçuşunun və terror qruplarını hədəfə almasının qarşısını almaq üçün “GPS” proqramını bloklayıb.