İraqlı siyasi fəal ABŞ-ın İraqda əxlaqsızlığı və homoseksuallığı yaymaq üçün milyonlarla dollar xərclədiyini bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, “Şiələrin Koordinasi Çərçivəsi” koalisiyasının yüksək rütbəli üzvlərindən olan “Cəbbar Ovdə” cümə günü verdiyi müsahibəsində deyib ki, ABŞ İraqda əxlaqsızlığı və qərb mədəniyyətini yaymaq üçün xüsusi diqqət ayırır.
O, deyib: “ABŞ və ümumi olaraq Qərb hər gün həqiqi simasını, yalançı əxlaqi dəyərlərini ifşa edir. Onlar bu işi homoseksuallıq adlanan əxlaqi düşkünlüyü dəstəkləməklə göstərir. Qərb bu pis fenomeni müqəddəs bir iş hesasb edir və buna görə də onun yayılması və himayəsi üçün qanunlar qəbul edir.”
Cəbbar Ovdə əlavə olaraq deyib: “Vaşinqton müxtəlif adlarla öz mədəni və insansevər proqramları ilə İraqda homoseksuallıq emidemiyasını müxtəlif formalarda yaymaq üçün milyonlarla dollar xərcləyib. Bu proqram çərçivəsində Bağdadın bəzi səfirliklərində əxlaqsızlığı tərənnüm edən bayraqların qaldırılması buna əyani sübutdur.”
Cəbbar Ovdənin bu sözləri Vaşinqton qəzetlərindən birinin, ötən cərşənbə axşamı günü ABŞ-ın ab-hava dəyişlikliyi və cinsiyyət bərabərliyi mövzusunda olan təlimlərin keçirilməsi üçün İraqdakı üç universitetə 12.5 milyon dollar həcmində köməkliyi barədə xəbər verdiyindən sonra bəyan olunub.
Bu qəzet bu cür xərcləri tənqid edərək yazıb: “Vergi ödəyicilərin pulu heç bir faydası olmayan yerlərə xərclənir.”
Cəbbar Ovdənin sözlərinə görə, Qərbin bu proqramlardan məqsədi İraq cəmiyyətinin əsaslarına zərbə vurmaqdır. O, homoseksuallığı dəyərlər üçün bir təhdid və “ağıl və ruh sahəsində işğalçılıq” üçün Qərbin proqramı adlandırıb.

Qərb ölkələri tərəfindən İraqda homoseksuallığın təbliği yeni bir fenomen deyil və bundan əvvəl də dəfələrlə qalmaqala səbəb olub.
Bununla əlaqədar olaraq İraq parlamentinin 25 üzvü 5 Dekabr 2022-ci il tarixində ölkə parlamentinin spikeri “Muhəmməd əl-Həlbusi”-yə qanun layihəsi təqdim etməklə, homoseksuallığı təbiğ edib yaydıqları təqdirdə bütün fiziki və hüquqi şəxslər, qrumlar və müxtəlif mərkəzlər üçün cəzalar nəzətdə tutublar.
Bu nümayəndələrin təkliflərinə əsasən, yuxarıda adı çəkilən əməli yerinə yetirən hər bir şəxs istər dövlət qrumlarında, istər mediyalarda, universitetlərdə və sosial şəbəkələrdə olsun, istərsə kitablarda, filmlərdə, istərsə də ümumi məkanlarda olsun cəzalanacaq.
Bu iraqlı nümayəndələrin addımı ölkənin alimləri və böyük şəxsiyyətlərinin, qərb ölkələrinin fəsadı və əxlaqsızlığı yaymaq üçün gördükləri tədbirlərə qarşı ciddi şəkildə iş görülməsini tələb etdiklərindən sonra baş tutub.
2020-ci ilin May ayında da Avropa İttifaqının İraqdakı Nümayəndəliyi Kanada və İngiltərə səfirliklərinin əməkdaşlığı ilə “Beynəlxalq Anti-Hemoseksuallıq Günü” mərasimini keçirərək, onların bayrağını nümayəndəliyin həyətində qaldırmışdılar. Bu hərəkət İraq dairələrinin, o cümlədən Müqtəda Sədrin şiddətli qəzəbinə səbəb olmuşdu.

2020-ci ilin Fevral ayında da İngiltərə səfiri “Steven Hikki”-nin homoseksullara dəstək qanununu dəstəkləməsi İraqın dini və siyasi şəxsiyyətlərinin şiddətli reaksiyasına səbəb olmuşdu.
2017-ci ilin İyun ayında da ABŞ-ın Ərbildəki konsulluğu, konsulluğun həyətində homoseksualların bayrağını qaldırmış və İraq alimlərinin etirazlarına səbəb olmuşdu.
İraqlıların sözlərinə görə, bu tənəzzül fenomenin yayılaması üçün Qərb ölkələri səylərinin davamı olaraq, onlar 2015-ci ildə İraqda homoseksuallıq mövzusu ilə məşğul olmaq üçün “Səhra İraq” adlı təşkilatın yaradılamasını dəstəklədilər. Sosial şəbəkələrdə ingilis, ərəb və kürd dillərində fəaliyyət göstərən bu təşkilat məqsədinin, homoseksualların evliliyinin qanuniləşməsi olduğunu bildirib.
İngiltərənin İradakı səfiri də ötən il öz Twitter səhifəsində bu təşkilatın fəaliyyətini alqışlamışdı.