Yəmənin Səhiyyə Nazirliyi Martın 16-dan bəri ABŞ-ın mülki məhəllələrə təcavüzkar hücumlarının qurbanlarının sayının 370 şəhid və yaralıya çatdığını açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyindən Martın 16-dan Aprelin 14-dək ABŞ-ın təcavüzkar hücumlarında şəhid və yaralananların sayının 370-ə çatdığı bildirilib.
Yəmənin xəbər TV kanalının məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi şəhidlərin sayının qadın və uşaqlar da daxil olmaqla, 123 nəfərə çatdığını bildirib.
Bəyanatda ABŞ-ın Yəmənə qarşı açıq-aşkar təcavüzü və mülki məhəllələrin birbaşa bombalanması pislənib.
Yəmənin Səhiyyə Nazirliyi bəyan edib ki, mülki şəxslərə qarşı davam edən bu cinayətlərə, o cümlədən birbaşa və təkrar bombardmanlara, mülki infrastruktur və məhəllələrin sistematik şəkildə məhv edilməsinə görə bütün məsuliyyət ABŞ hökumətinin üzərinə düşür.
Bəyanatda ərəb və İslam xalqları, hüquqi təşkilatlar və humanitar qurumlar ABŞ-ın Yəmən xalqına qarşı təcavüzünü pisləməyə çağırılıb.