ABŞ ordusu İsrail ordusunu Fələstin xalqına qarşı təchizləndirmək üçün region ölkələrindəki bazalarının anbarlarından təhlükəli “GBU” bombalarını İsrailə göndərmək niyyətindədir.
Regiondakı məlumatlı mənbələrin bildirdiyinə görə, ABŞ ordusu CENTCOM komandanlığına İsrail ordusunu Fələstin xalqına qarşı təchizləndirmək üçün region ölkələrindəki bazalarının anbarlarından təhlükəli “GBU” bombalarını İsrailə göndərmək əmri verib.
Bu əsasla da, CENTCOM ilk növbədə, bu təhlükəli bombaları BƏƏ-də yerləşən bazadan göndərəcək və daha sonra növbəti mərhələdə, region ölkərində yerləşən digər bazalardakı anbarlarından istifadə edəcək.
GBU bombalarının istehkamlara nüfuz edən olması və Fələstin xalqının soyqırımına səbəb olacağından, ABŞ bazalarına ev sahibliyi edən ölkələrin hökumətlərinin, o cümlədən BƏƏ-nin bu kütləvi qırğın avadanlığının göndərilməsinin qarşını almaları və müdafiəsiz Fələstin xalqı qarşısında öz hümanitar öhdəliklərinə əməl etmələri gözlənilir.