Görünür dünya ictimaiyyətinə fəlakət gətirən Amerikanın siyasəti, hətta bəzi ABŞ elitalarının sərt tənqidinə tuş gəlib və onlar ölkələrini dünyada şərr və pisliyin əsas lideri sayırlar. Bu iş, ABŞ müttəfiqlərinin öz əlaqələrini bu ölkə ilə azaltmalarına və Rusiya, Çin kimi ölkələrə meyillənmələrinə səbəb olub.
Bir müddət əvvəl Amerikalı iqtisadçı Cefri Saksın ABŞ hökümətini rüsvan etməsinin və Vaşinqtonun 1992-ci ildən Ukraniya barəsində plan hazırlamasının üzərindən pərdə götürməsinin şahidi olduq. Saks vurğulayıb ki, Amerika zehniyyətinə qələbə çalmış özünü üstün görmə dəliliyi, ABŞ-ı dünya hakimiyyəti və səltənəti xəyalına düçar edib.
Saks bir videoda deyib: “Mən sizə bir sirr deyirəm, ABŞ yalan deyib. Çünki, 1992-ci ildən NATO-nun genişlənməsi, o cümlədən Ukraniyada günişlənməsi üçün proqramları var.”
Saks ABŞ-ın təkəbbürlü bir ölkə olmasını vurğulayaraq deyib: ABŞ dünyaya hakimlik etməsinə, yeganə super güc olmasına və istədiyi hər bir işi həyata keçirə bilməsinə inanır.
O, əlavə olaraq deyib: Amerikalıların bu dəyər və rəftarlarına görə, “ABŞ özünə istədiyi hər bir işi yerinə yetirmə icazəsi verir; istər təxribat əməliyyatları, istər dövlətlərin çevrilməsi, istər yersiz bəhanələrlə müharibə yaratma ya Belqrad və Liviyanın bombalanması… Həqiqəti əldə etməyi gözləməyin. Çünki, onu əldə etməyəcəksiniz.”
Amerikalı elitaların Vaşinqton hökümətinin siyasətlərinə dair tənqid dalğasının davamında, Təhlükəsizlik Siyasətinin İslahatı Beyin Mərkəzinin banilərindən olan Stiven Silmer “The Intersite” saytında bir məqalədə yazıb ki, 2022-ci ildə ABŞ-ın avtoritar rejimlərin hökmranlığı altında olan 84 ölkəyə silah satdığı halda, ABŞ prezidenti Co Bayden demokratiya və insan haqlarından dəm vurur.
Silmer əlavə edib: Soyuq müharibənin (1949-1991) sona çatdığı vaxtdan, ABŞ dünyada ən böyük silah satıcısı olub və silah ixracatının təxminən 40%-ni özünə aid edib. Məlumatlara əasəan, 2022-ci ildə 142 ölkə ABŞ-dan ümumilikdə 85 milyard dollarlıq silah alıb. Bunların arasından 84 ölkə ya onların 57%-i avtoritar rejimlər sırasında yer alıblar.
O, deyib ki, Bayden ötən il Varşavadakı çıxışında deyib ki, demokratiya və avtoritarizm arasındakı müharibə, azadlıq və zülm arasındakı müharibə və rəhmsiz güclə idarə olunan qanunlara və sistemə söykənən beynəlxalq sistem arasındakı müharibədir.
Diqqət olunası məsələ budur ki, Bayden bu açıqlamalarında azadlıq və avtoritarizmlə mübarizə şüarı səsləndirməklə iddia edib ki, silah satışı siyasəti ilk baxışda strateji mülahizələr və insan haqlarına bağlıdır, təkcə iqtisadi mənfəətə yox. ABŞ Xarici İşlər Nazirliyinin illik statistikasına əsasən, ABŞ, maliyyə ilinin əvvəlində 206 milyard dollarlıq silah satışı həyata keçirib; ABŞ-ın keçmiş prezidenti Trampın dövründəki 192 milyard dollara çatan ən yüksək səviyyədən də yüksəyə qalxan məlbəğ. Bu, bu mövzuda demokrat və respublikaçı hökümətlər arasında yaxud Bayden və Tramp höküməti arasında heç bir fərqin olmadığını göstərən həqiqətdir.
Buna görə də qətiyyətlə demək olar ki, ABŞ, demokratiya və insan haqlarından dəm vurduğu zaman, tamamilə yalan danışır. Onun İsrail terrorçu rejimini kor-koranə dəstəkləməsi də bunun təsdiqləyicisidir.