Həbsxana sistemi ABŞ ştatlarının bir çoxunda məhbusları yalnız minimum qida, paltar və gigiyenik ləvazimatlar ilə təmin edir. Məhbuslar ehtiyacları olduğu şeyləri uzun müddətli və çətin iş müqabilində qazandıqları çox az pulla almağa məcburdurlar.
Xarici KİV-in verdiyi məlumata görə, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) tərəfindən aparılan təhlillər ABŞ həbsxanalarındakı məhbusların bir saat iş qarşılığında aldıqları orta maaşın 52 sent olduğunu göstərir. Bəzi həbsxanalarda isə bir saat iş qarşılığında bundan da daha az pul alırlar.
3 dollarlıq diş pastası kimi ilkin xərcləri qazanmaq üçün həbsxanada bir neçə gün işləmək lazımdır. Məhbuslar bəzən gün ərzində bir dəfə münasib yemək əldə etmək üçün tam bir iş günü işləməyə məcburdurlar.
Bu ədalətsizlik burada bitmir. Alabama, Arkanzas, Corciya, Missisipi, Cənubi Karolina və Texas ştatlarında məhbusların işlədikləri iş müqabilində heç bir maaş ödənilmir.
Məsələn, Amerika həbsxanalarından birində aşpaz və təmizləyici olan Kortni Sargent vurğulayıb: “Texas məhbuslara pul əldə etməyə icazə vermir. Halbuki, onlar bizim köləliyimizdən (və istismarımızdan) çoxlu pul qazanırlar.”
İnstagramda bəzi fəallar bu barədə fikir bildiriblər:

ABŞ ştatlarındakı həbsxana sistemi sözün əsil mənasında müasir köləlikdir.

Mən saxta cinayətə görə, 15 il həbsimin 10 ilini pulsuz işləmişəm.

Bu müasir köləlikdir. Bizim hökumətimiz buna icazə verir və (özü də) onun bir hissəsidir.