Senatın ixtisaslaşmış komitəsinin tədqiqatlarının nəticəsi, ABŞ həbsxanaları idarəsinin həbsxana işçilərinin məhbuslara qarşı cinsi istismar hallarının qarışını almağa qadir olmadığını və bir çox hallarda bu ittihamların həll yolunda maneə yaratdığını göstərir.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ həbsxanalarından azad olmuş 3 məhbus, Senat Tədqiqatlar Komitəsinin iclasında həbsxana gözətçilərinin illər ərzində onları cinsi istismara məruz qoyduqlarını və bu qanun pozuntusunu xəbər verdikləri halda onlardan qisas alacaqları barədə təhdid etdiklərini bildiriblər.
Məhbus olmuş bu 3 nəfər emisional halda Senat Tədqiqatlar Komitəsinə bildiriblər ki, Federal həbsxanalar idarəsi nəinki onların şikayətinə baxmayıb, əksinə təcavüzkarları himayə edib və onlara qarşı ittihamların həll yolunu bağlayıb.
Bu şahidlərdən biri ABŞ Federal həbsxanalarının məhbuslarına qarşı cinsi istismar halları barədə ötən 8 ayda tədqiqat aparan komitəyə deyib ki, ona təcavüz edən kəs onun şəxsi məlumatlarını əldə etmiş və ona qarşı təzyiq alətinə çevirmişdir.
Bu keçmiş məhbusun dediklərinə görə, ona qarşı təcavüzkarlıq edən kəs indi məhkum olunub 135 ay müddətinə həbs olunsa da, keçmişdə ona qarşı zorakılıq halları etdiyi vaxt digər məhbuslara qarşı da cinsi cinayətlərlə ittiham olunub.
Corciya ştatının senatoru və Senat Tədqiqatlar Komitəsinin sədri Jon Ossofun sözlərinə görə, tədqiqatların nəticələri onu göstərir ki, ABŞ həbsxanaları idarəsi məhbusların cinsi zorakılığa və təcavüzə məruz qalmalarının qarşısını almaqda acizdir.
Bu komitənin hesabatına əsasən, indiyə kimi həbsxana gözətçilərinin pis rəftarları əleyhinə 8 min hesabat əldə olunub ki, cinsi təcavüzlərlə bağlı yüzlərlə şikayət onlardan bəziləridir.