Sionist mediası Vaşinqtonun təxminən üç min bombadan ibarət böyük bir silah yükünü sionist rejimə təhvil verdiyini xəbər verib.
İsrailin Radio və Televiziya Təşkilatının verdiyi xəbərə görə, son günlərdə onlarla döyüş sursatı ilə dolu hərbi nəqliyyat təyyarəsi işğal olunmuş ərazilərdə yerləşən Nəvatim hava bazasında eniş edib.
Hesabata əsasən, çərşənbə axşamı günü ABŞ-a məxsus 6 hərbi təyyarə MK-84 bombaları, kaset bombaları və digər döyüş avadanlıqları ilə Qəzzədəki müharibənin davam etdirilməsi məqsədilə işğal olunmuş ərazilərə silah daşıyıb.
Bu addım ABŞ Dövlət Departamentinin İsrailin hərbi nəqliyyat vasitələrində istifadə olunan mühərriklərin 180 milyon dollar dəyərində satışını təsdiqləməsindən qısa müddət sonra atılıb.