Xarici KİV-in verdiyi məlumata görə, Dekabrın 28-i naməlum şəxs ya şəxslər “Texas” ştatının ən çox əhalisi olan və əhali sayına görə Amerikanın 4-cü ən böyük şəhəri Hyuston şəhərində yerləşən məscidə qarşı hörmətsizlik ediblər.
Hyuston məscidində bir neçə vandalizm hadisəsindən sonra araşdırmalar aparılır. Bu məsciddə baş verən vandalizm hadisəsi, ötən 8 ildə 3-cü oxşar hadisədir. Bu, həmçinin, cari ildə Hyustonun cənub-şərqində yerləşən “Quba” İslam müəssisəsinə 2-ci hücumdur. Son hadisə son bir neçə gündə baş verib və təxminən 30 000 dollar civarında xəsarətlə tamamlanıb. Dərc olunan şəkillərdə məscidin divarlarına ABŞ ölkəsinin adı bir neçə dəfə spreylə yazılıb.

Hal-hazırda bu naməlum hadisəylə bağlı heç bir şübhəli şəxs saxlanılmayıb. Bununla belə, Hyuston Amerika-İslam Şurası ABŞ rəsmilərindən istəyib ki, bu hadisəni nifrətdən yaranan cinayətlər ünvanında araşdırsın.
Texas ştatındakı məscidə qarşı son vandalizm hadisəsi, Birləşmiş Ştatların bir çox şəhərlərində, o cümlədən “Minnesota” kimi müsəlman cəmiyyətlərinə sahib bölgələrdəki məscidlərə hücumların artdığı bir vaxta baş verib.
Bir sorğuya əsasən, Kaliforniya ştatındakı məktəblərin müsəlman şagirdlərinin yarıdan çoxu (55.73%) müsəlman olduqlarına görə, yüksək səviyyədə quldurluq, əzab-əziyyət, həmyaşıdlıları və böyüklər, hətta müəllimlər tərəfindən ayrıseçkiliklə üzləşiblər. Bu sorğu, 700 şagird arasında aparılıb.
ABŞ-İslam Əlaqələri Şurasının (CAIR) 2013-cü ildən başladığı sorğular arasında bu, ən yüksək göstərici olan sorğudur.
2021-ci ildə ABŞ-İslam Əlaqələri Şurasının hazırladığı sorğu göstərib ki, Kaliforniyada müsəlman şagirdlərin təxminən yarısı (47.1%) müsəlman olduqları üçün əziyyət olunublar.
Amerikada İslami mülki azadlıqları dəstəkləyən ən böyük təşkilat olan ABŞ-İslam Əlaqələri Şurasının mülki hüquqların idarə olunması üzrə hüquqşünası “Əmr Şəbaik” deyib: Keçmişdə müxtəlif yaş qruplarından olan müsəlman tələbələr müsəlman olduqlarına, 11 Sentyabr hadisələri ilə bağlı təvvəssür olunmuş əlaqələrə, aşkar şəkildə yalan olan digər terror aktlarına görə, qovulmuş və onlarla pis rəftar olunmuşdur.