Yəmən Ənsarullah təşkilatı ABŞ-Britaniya koalisiyasının Yəmənin qərbində yerləşən əl-Hudeydə vilayətinə 4 dəfə hücum etdiyini bildirib.
Yəmən tv kanallarından biri təcili xəbər yayımında açıqlayıb: ABŞ-Britaniya koalisiyasına aid təyyarə əl-Hudeydə vilayətindəki ə-Lihyə bölgəsini hədəfə alıb.
Xarici KİV-in verdiyi məlumata görə, cari ilin əvvəllərində Amerika və İngiltərənin ən çox hücumları Qırmızı dənizə yaxın olan əl-Hudeydə vilayətinə olub.
Əl-Hudeydə vilayəti beynəlxalq hava limanına, həyati əhəmiyyətli üç dəniz limanına, uzun sahil xətlərinə və bir sıra adalara malik olduğundan Yəmənin ən mühüm vilayətlərindən sayılır.
Yəmən Ənsarullahı Qəzzə ilə həmrəyliyini bildirərək, 7 Oktyabr 2023-cü ildən etibarən ABŞ-ın himayəsi altında olan sionist rejiminin törətdiyi soyqırım qarşısında dayanıb. Bu təşkilat İsrailin yük gəmilərini və ya onunla əlaqəli olan gəmiləri Qırmızı dənizdə, Ərəbistan dənizində və Hind okeanında hədəfə almaq üçün raketlər və pilotsuz uçuş apartlarından istifadə edir.
ABŞ-ın başçılıq etdiyi koalisiya cari ilin əvvəllərindən Husilərə hücum etmək bəhanəsi ilə Yəməni hücumlara məruz qoyub.
Təcavüzkar İsrail rejiminin Qəzzədəki soyqırım müharibəsi 140 mindən çox fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib ki, onların da çoxu qadın və uaşqlardır. 10 mindən çox mülki vətəndaş da bu hücumlarda itkin düşüb, böyük həcmli dağıntılar və ölümcül qıtlıq da uşaqların və yaşlıların həyatına son qoyub.