Ağıllı silahlar və alətlər istehsal edən Amerika şirkətləri sionist rejiminə yeni silahlar göndərməkdədirlər. Bütün bu ağıllı alətlərin fələstinlilər üzərində sınaqdan keçirildiyi bildirilir.
Xarici KİV-in verdiyi məlumata görə, HƏMAS tərəfindən Əqsa Fırtınası əməliyyatı başladıqdan bir neçə saat sonra Kaliforniyanın Silikon Vadisində ağıllı dronlar istehsal edən Skydio adlı bir şirkət döyüş və kəşfiyyat avadanlıqlarının göndərilməsi üçün İsrail ordusu tərəfindən çoxsaylı məktublar almağa başlayıb.
Skydio-nun icraçı direktoru Mark Valentinenin sözlərinə görə, israillilər öz hərbi əməliyyatları üçün çoxlu qısa mənzilli kəşfiyyat dronları şifariş veriblər. İndiyədək bu kəşfiyyat dronlarından 100-ü işğal olunmuş ərazilərə göndərilib və çoxu da yoldadır.
Bu hesabata əsasən, maraqlı məqam budur ki, Skydio belə şifarişlər qəbul edən yeganə Amerika şirkəti deyil.
Defense Scope-nin hesabatına əsasən, İsrail son müharibədə fələstinlilərə qarşı bir-iki yeni silahdan istifadə edib. Bütün bu silahları Qəzzə zolağındakı mülki şəxslərin başına tökülən bombalara əlavə edin.
Görünür ki, İsrailin yeni silahlar almaq üçün doymaq bilməyən bu iştahı Ukraniya müharibəsindən daha çoxunu əks etdirir. Hərbi mənbələr İsrailin Qəzzə zolağında 11 mindən çox yaşayış mənzilini süni intellektdən istifadə etməklə hədəfə aldığını bildiriblər.
Böyük şirkətlərin və dünyanın müxtəlif hökumətlərinin iştirakı ilə keçirilən sonuncu süni intellekt konfransında bu intellekrdən bəşəriyyətə qarşı istifadə olunması barədə dəfələrlə xəbərdarlıq edilib və bu xəbərlərin dünya mediyasında dərc olunması bu silahların İsrailə şatışına görə ABŞ hökumətini təzyiq altında qoyub.
İsrail və Amerika rəsmiləri ağıllı dronlardan Qəzzə zolağında, yalnız hərbi bazalara nəzarət və kəşfiyyat üçün istifadə olunduğunu iddia ediblər, amma faktlar başqa şeyləri göstərir. İsrail ordusu ilə müqavilə bağlayan bu şirkətlərdən bir çoxu verdikləri müsahibədə bildiriblər ki, bu dronlar müştərilər üçün sifarişli olaraq hazırlanmaq üçün dizayn olunub və adətən müştərilər onları silahlanmış şəkildə alırlar.
Shield süni intellektin banilərdən biri olan Brandon Tseng istifadəçilərin, HƏMAS qırıcıları tərəfindən hədəf alınan binalardakı snayperçiləri və mülki şəxsləri axtarmaq üçün İsrail ordusunun istifadə etdiyi dronları fərdiləşdirə biləcəklərini təsdiqləyib.
Beynəlxalq Əfv Təşkilatının İsrailin işğal olunmuş ərazilərdə üz tanıma sistemlərindən istifadəsinin sənədləşdiriləməsi ilə bağlı May ayı hesabatının yazıçısı Mett Mahmudi verdiyi müsahibədə bildirib ki, tarixi baxımdan, İsrail rejiminin rəsmiləri ilə müqavilə bağlayan ABŞ-ın texnologiya şirkətlərinin sionist rejimi tərəfindən məhsullarının necə istifadə olunması ilə bağlı nəzarətləri az olub.
Bu hesabatda İsrail ordusunun fələstinlilərin hərəkətini dəqiq izləmək üçün öz süni intellekt proqramından digər ölkələrdən gətirilən cihazlar üzərində istifadə etdiyi bir çox hallara işarə edilib.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hökumətinin daha kiçik şirkətlər tərəfindən İsrailə yaxud Ukraniyaya göndərilmiş qabaqcıl texnologiyalı müdafiə platformalarına dəqiq nəzarət etməyə qadir olub-olmaması ilə bağlı suallara cavab olaraq deyib ki, bu əməliyyatlara ictimai şərh vermək yaxud təfərrüatlarını təsdiqləmək ona qadağandır.