“Əfqanıstanın paytaxtı Kabilə aviazərbə endirməyimiz səhvdir.”
Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi deyib.
O, hücum nəticəsində 7 nəfərinin uşaq olduğu 10 dinc sakinin öldüyünü bildirib. General baş verənlərə görə üzr istədiyini və ölənlərin yaxınlarına kompensasiya ödənilməsi məsələsini nəzərdən keçirəcəyini söyləyib.
Makkenzi Amerika qoşunlarının gələcəkdə daha yüksək standartlara riayət edərək, Əfqanıstana zərbə endirəcəyini deyib.
Qeyd edək ki, ABŞ 29 avqustda Kabilə PUA-dan zərbə endirib.