ABŞ-ın “Kato” Mərkəzinin araşdırmaçıları 377 mindən çox yəmənlinin bu ölkəyə qarşı aparılan müharibədə öldürülməsinə işarə edərək ABŞ Konqresindən Səudiyyə rejimini bu yəmənlilərin öldürülməsində məsuliyyət daşıyan tərəf kimi tanıtdırılmasını istəyiblər.
“Jordan Kuhin” və “Conatan Ellis” Konqresə yaxın Amerika qəzetlərindən birində məqalə dərc edərək yazıblar: Riyad, ibn Salmanın vəliəhdlik etdiyi illər ərzində 377 mindən çox yəmənlini öldürüb və 523-dən çox ərəbistanlını isə edam edib.
Bu qəzet yazıb: ABŞ prezidenti Co Baydenin və demokratların əlində olan Konqresin Ərəbistanı bu cinayətlərə görə mühakimə etmək üçün çoxlu fürsətləri olub, amma yalnız vaxt tələf ediblər.
Onlar ABŞ dövlətinin münasibətini siyasi partiyasının münasibəti ilə ziddiyyət təşkil etdiyi qənaitindədirlər. Onlar əlavə olaraq deyiblər ki, Baydenin bu münasibəti, seçkilərdə insan haqlarını müdafiə etməyi barədə verdiyi vədələri ayaq altına atmaq və rədd edilmiş ölkə kimi Ərəbistanla qarşılıqlı əlaqə yaratmaq deməkdir.

Verilən hesabatda deyilir ki, Ərəbistanın Yəməndəki hədəfləri sadə olub; süni bir rəhbər təyin etmək və hər bir siyasi müxalif üçün, hətta mülki şəxlər üçün belə problemlər yaratmaq. Ərəbistan 2015-ci ildə koalisiya yaradıb. Bu koalisiya Riyadın başçılığı ilə Yəmən əleyhinə hava hücumu və mühasirədən ibarət müharibəni başlayıb.
Bu müharibə, 17 milyon 600 min nəfərin qida məhsullarına ehtiyaclı olmasına səbəb olub. Ümümilikdə isə Yəməndə öldürülən və yaralanan insanların 19 min 200 nəfərini mülki şəxslər təşkil edir.