İran Xarici İşlər nazirinin sözçüsü sionist rejiminin işğal olunmuş torpaqlarda törətdiyi cinayətlərə işarə edərək deyib: ABŞ və Avropanın nəzərində bütün bu cinayətlər, hətta qadın və uşaqlara qarşı olmasına baxmayaraq, nəinki insan haqlarının pozulması deyil, əksinə dəstəkləməyə layiqdir.
Xarici KİV-in verdiyi məlumata görə, İran Xarici İşlər nazirinin sözçüsü Nasir Kənani Dekabrın 28-i Twitter səhifəsində sionist rejiminin işğal olunmuş torpaqlardakı cinayətlərinə işarə etməklə bir fələstinli rəsmisinə istinadən yazıb: Sionist rejimi 2022-ci ildə 220 fələtinlini öldürüb, 9 min insanı yaralayıb, 6 500 nəfəri həbs edib, 832 binanı dağıdıb və 13 min zeytun ağacını kökündən qoparıb.