“Cənub liberalları şər ittifaqına qarşı” adlı hesab Twitterdə bir yəmənli fəalın təcavüzkar koalisiyanın Yəməndə törətdiyi cinayətlər barədə olan videosunu paylaşıb.
Siyasi fəallardan biri olan Sərv Həmir deyib: Ərəbistanın Yəmənə qarşı zülmkar müharibəsində on minlərlə ərəb, o cümlədən 3 milyon yəmənli uşaq öldürülüb. Bu, o halda baş verib ki, camaat koronaya düçar olmuşdular. Bu müharibə, İsrailin Fələstinə və Livana hücumlarından daha dəhşətli idi.

Videoya əlavə olunmuş yazıda deyilir: Ərəbistanın Yəmənə etdikləri, İsrailin Fələstinə, Livana və ərəb hüquqlarına etdiklərindən daha pisdir.
Bu mövzuda “Əhməd əl-Əşəf” adlı yəmənli fəal öz Twitter səhifəsində Yəmənin paytaxtı Sənanın şimal-qərbində yerləşən Səde şəhərində Ərəb-ABŞ təcavüzkar cinayətlərini göstərən video paylaşıb.
“Əşəf”-in Twitter səhifəsində deyilir: Təzavüzkarların qanuni hərbi zona elan etdikləri Səde şəhəri 50 mindən çox bombalanıb və minlərlə uşaq, qadın öldürülüb. Biz eştmədik ki, insan haqları təşkilatlarından bir nəfər öz hesabatlarında ondan söz açsın.