Müqəddəs torpaqlarda rəqs festivallarının keçirilməsi fonunda Ərəbistan vəli əhdi Muhəmməd ibn Salmanın siyasəti çoxlu tənqidlərlə üzləşib.
Ərəbistan mediyası bildirib ki, Səudiyyə Ərəbistanı vəli əhdi Muhəmməd ibn Salman və Ərəbistan Əyləncə Şurası adlı heyətin rəhbəri Turki Ali Şeyx, məscidlərin minarələrindən azan səsinin yayılmasının qarşısını almaq istəyirlər. Onlar bu mövzunu belə izah ediblər ki, azanın yüksək səsi xüsusi rəqs festivalları üçün Səudiyyə Ərənistanına gələn turistlərin əziyyət çəkməsinə səbəb olur.
Ərəbistan xalqının çoxu İbn Salmanın məscid minarələrindən azan səsinin yayılmasının qarşısını almasına təəccüb ediblər.
Twitter-də Ərəbistanlı aktiv istifadəçi Torki Şahlub, İbn Salmanın pis addımların rəvac tapması ilə nəticələnən siyasətini tənqid edərək yazıb: İbn Salmanın dövründə namaza dəvət üçün azan səsinin ucaldılması haram, rəqs və musiqi məclislərinin səs ucaldanlarının səsinin yüksəldilməsi isə icazəlidir.

Ərəbistanlı aktiv istifadəçilər sosial şəbəkələrdə müsəlman cəmiyyətində İbn Salmanın rəvac verdiyi əxlaqi pozğunluğu göstərən çox sayda videolar yayıblar.