Səudiyəli bir jurnalist və hökumət müxalifi “İki Şərəfli Hərəm” ölkəsində “MDL BEAST” musiqi festivalının keçirilməsini tənqid edərək deyib: İbn Salman, ölkəni əxlaqi pozğunluq mərkəzinə çevirməklə, İslam düşmənlərinə ən böyük xidmət edib.
“Torki Şalhub” Twitterində Səudiyə Ərəbistanının paytaxtında “Riyad mövsümü” tədbirləri çərçivəsində keçirilən “MDL BEAST” musiqi festivalını tənqid edərək yazıb: Cəhalət və axmaqlığı yayan heyət (əyləncə və istirahət şurası) bu musiqi festivalının təbliği üçün “ölkəni rəqs etdiririk” şüarını seçib. Hansı ölkəni rəqs etdirmək istəyir? İki Şərəfli Hərəmi! Görəsən, müqəddəslərə bundan böyük cəsarət varmı?

Şahlub əlavə edib: İbn Salmanın İslam düşmənlərinə etdiyi ən üstün xidmət hansıdır? O, “İki Şərəfli Hərəm” ölkəsini rəqs, musiqi və qonaqlıq meydanına çevirib.

“MDL BEAST” musiqi festivalı “Riyad mövsümü” tədbirlərinin bir hissəsi olaraq Səudiyə Ərəbistanının paytaxtı Riyadda Ərəb və Beynəlxalq müğənnilərin iştirakı ilə keçirilir.
Ərəbistanın əyləncə və istirahət şurası “İki Şərəfli Hərəm” ölkəsində rəqs mərasimini keçirməklə Ərəbistan cəmiyyətinin İslami kimliyini dəyişdirmək istəyir. Amma bu ölkənin camaatı dəfələrlə bu hərəkətlərə qarşı öz ikrah və qəzəbini göstərib.