İraqlı fəallar ABŞ səfirinin İraq rəsmiləri və partiyaları ilə tez-tez görüşməsindən təngə gəlib vurğulayıblar ki, o, İraqın daxili məsələlərinə müdaxilə edir.
Xarici KİV-in verdiyi məlumata əsasən, İraq xalqı ölkənin daxili işlərinə müdaxilə edəcək həddə irəli gedən ABŞ səfiri “Alina Romanovski”-nin İraq partiyaları, franksiyaları və şəxsiyyətləri ilə ara-sıra görüşlərini tənqid edib.
Xarici KİV xəbər verir ki, İraq Universitetinin müəllimi və siyasi fəal “Muhəmməd əs-Sədi” Twitter səhifəsində yazıb: İraqda elə bir rəsmi şəxs yoxdur ki, ABŞ səfiri onunla görüşməmiş olsun. Onun getmədiyi yer yalnız, dövlət qrumları ya da “Xan Cağan”-dır.
“Xan Cağan” dedikdə milad tarixi ilə 14-cü əsrdə Bağdadda tikilmiş, hotel kimi istifadə olunan mehmanxana nəzərdə tutulur. İraq camaatının danışıqlarında heç bir qayda-qayunu olmayan yerə, başqa sözlə desək “hesab-kitabsız” yerə deyirlər.
Əli əl-İqabi adlı başqa bir iraqlı fəal ABŞ səfiri barəsində yazıb: Amerika səfirinin getmədiyi təkcə yer Şiə-Sünnü Vəqflər Divanıdır.
ABŞ səfiri bir sıra İraq rəsmiləri, o cümlədən Baş Nazir, Xarici İşlər Naziri və Mərkəzi Bankın rəisi ilə görüşüb. İraqlı fəal “Səmir” deyib ki, Romanovskinin İraq Mərkəzi Bankının rəisi ilə nə işi ola bilər?
İraqın Baş Naziri “Muhəmməd əs-Sudani” ölkənin rəsmilərinə göstəriş verib ki, ölkəyə daxil olan xarici heyətlərlə dövlətin icazəsi olmadan görüşməyə haqqları yoxdur.
Dovlətul-Qanun Koalisiyası da vurğulayıb ki, Romanovskinin hərəkətləri İraqın milli təhlükəsziliyinə zərər vurur. Həmçinin, bu Koalisiya ABŞ səfirinin siyasi şəxsiyyətlər və mədəni qrumlarla görüşləri barəsində xəbərdarlıq edib.
İraqın təqaüddə olan zabiti Əli əl-Həbib də ABŞ səfiri barəsində deyib: Dünyada ABŞ səfiri kimi rəftar edən heç bir səfir yoxdur. O, bütün nazirlərlə görüşür. Sanki, səfir yox, (İraqın) prezidentidir.
Xarici KİV-in verdiyi məumata əsasən, İraq, xarici səfirlərin partiyalar və ölkə daxili şəxsiyyətlərlə görüşlərində heç bir qayda-qanunu olmayan ölkələrdəndir.