İşid terror təşkilatı liderlərinin öldürülməsini təsdiqləyərək “Əbul Hüseyn Hüseyni Qurəşi”-ni yeni başçıları elan edib.
Xarici KİV-in verdiyi məlumata görə, İşid terror təşkilatı bugün (çərşənbə günü), liderlərinin öldürülməsini təsdiq edib.
İşid sözçüsü “Əbu Ömər əl-Muhacir”, səs yazısında bu qrupun başçısı “Əbul Həsən əl-Haşimi əl-Qurəşi”-nin öldürülməsini təsdiqləyib.
Sözlərinin davamında “Əbul Hüseyn Hüseyni Qurəşi”-ni bu terror qruplaşmasının yeni başçısı elan edib və onunla beyət edilməsini istəyib.