Xarici KİV-in verdiyi məlumata görə, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu növbəti dəfə “Kürdüstan Fəhlə Partiyası”-nı CİA təşkilatına bağlı olduğunu bildirib ve deyib ki, Amerika bu qrupu himayə edir.
Xarici KİV-in məlumatında deyilir: O, Türkiyə Parlamenti zalında etdiyi çıxışında deyib: “Demokratik Xalqlar” partiyası PKK-nın siyasi qoludur. Bu partiyanın Türkiyədə siyasi fəaliyyəti və Parlamentdə yeri var.
Soylu, çıxışının davamında deyib: Türkiyə təhlükəsizlik qüvvələri keçən həftə İstanbulda partlayış törədən “Ehlam əl-Bəşir”-i həbs etmək üçün 14 evə hücum ediblər və nəhayət onu həbs edə biliblər.
O, bundan əvvəl də demişdir: Ankara, İstanbulda PKK-nın törətdiyi ölümcül terror aktına görə Vaşinqtonun başsağlığı mesajını qebul etmir.
O, daha əvvəl İstanbulda insan ölümü və terror aktına görə Amerikan dövlətini məzəmmət etmiş və bildirmişdir ki, Amerikanın başsağlığı mesajı, cinayətkarın cinayət yerinə qayıtması kimidir.
Türkiyəli nazirin dediyinə görə, bu partlayışın sifarişi, Suriyanın şimalında yerləşən “Eynul-Ərəb” məntəqəsində PKK və QSD komanda mərkəzindən verilib və bu hücumu törədən şəxs də Afrin şəhəri vasitəsilə Türkiyəyə daxil olub.
Keçən həftənin bazar günü, axşam saatlarına yaxın, Türkiyə mediyaları İstanbul şəhərinin “Bəyoğlu” məhəlləsində dəhşətli partlayışın baş verdiyini bildiriblər. Türkiyə dövləti, bu partlayışın bir qadın tərəfindən törədildiyini bildirməklə deyib ki, bu terror aktında ən azı 6 nəfər ölüb və 81 nəfər yaralanıb.