İran İslam Respublikasının Əxlaq Polisi sentyabrın 14-də Tehranda parklardan birində bir neçə qıza geyimlərinin qanunda qeyd olunan normalara zidd olduğu üçün xəbərdarlıq edib. Bu qızlardan biri Kürdüstandan Tehrana gəlmiş 22 yaşlı Məhsa Əmini olub. Əxlaq polisi Məhsanın üç rəfiqəsinə şifahi xəbərdarlıq etsə də, Məhsa Əmininin özünə hansı geyim tərzlərinin qanun pozuntusu hesab edildiyini izah etmək üçün onu İrşad idarəsinin təşkil etdiyi dərsə yönləndirilib. 22 yaşlı qızın dərsdə iştirak etmək üçün salona daxil olmasından bir müddət sonra halı qəfil pisləşib və o huşunu itərərək yerə yıxılıb. Məhsa Əmini xəstəxanaya çatdırıldıqdan sonra məlum olub ki, o infarkt keçirib və komaya düşüb. Təəssüf ki, Məhsa həkimlərin səylərinə baxmayaraq sentyabrın 16-da vəfat edib.
İslam Respublikasına qarşı bu günədək ən çirkin böhtanlara belə əl atmaqdan çəkinməyən sionist rejim muzdurları, dərhal sosial şəbəkələrdə yazdılar ki, “Məhsanı Əxlaq polisi vəhşicəsinə döyərək, onun beyin qanaxması keçirməsinə səbəb olub”.
Amma onların bu iftirasının ömrü uzun olmadı. Belə ki, Tehran polisi Məhsa avtomobildən enəndən, dərs otağına daxil olanadək bütün görüntüləri ictimaiyyətin ixtiyarına verdi. Polisin mətbuat konfransında təqdim etdiyi görüntülərdən sonra Məhsanın heç bir zorakılığa məruz qalmadığı, işçilərdən biri ilə söhbət etdiyi zaman anidən yerə yıxıldığı üzə çıxdı.
Amma bu da son deyildi, fitnəkar Qərb muzdluları bu dəfə qandonduran bir yalanla, Məhsanın infarkt keçirdikdən sonra xəstəxanaya aparılan zaman təcili yardım maşınında döyüldüyünü iddia etdilər. İddia edildi ki, Məhsa Əmininin bu yaşınadək heç bir xəstəliyi olmayıb və o anidən huşunu itirib, infarkt keçirə bilməz. Amma xəstəxanadan yayımlanan sənədlər sübut edib ki, Məhsa Əmini uşaq yaşlarında beyin əməliyyatı keçirib. Qardaşı da Məhsanın daha öncələr də oxşar şəkildə bir neçə dəfə huşunu itirdiyini bildirib.
Məhsanın illər öncə əməliyyat keçirdiyi ilə bağlı xəstəxananın təqdim etdiyi rəsmi sənəd:

Təhlükəsizlik kameralarının hadisə zamanı qeydə aldığı görüntülər: