ABŞ-ın bir ştatın dünyada ilk dəfə olaraq nitrogen qazı vasitəsi ilə edam növü tətbiq etməyi planlaşdırır.
Fars xəbər agentliyinin məlumatına əsasən, ABŞ-ın Alabama ştatında bu ölkənin federal hakimlərindən biri elan edib ki, yaxın zamanlarda heç bir vaxt sınaq olunmamış “nitrogn qazı ilə boğma” yeni edam növü icra olunacaq.
Bu xəbər Amerika məhkəmələrindən birində Alen Miller adlı edam cəzasına məhkum olunmuş bir siyasi məhbusun ərizəsinə baxılan zaman üzə çıxıb. Alen Miller ərizəsində 22 sentyabr tarixində ölüm inyeksiyası ilə edam olunacaq. Miller məhkəmədə deyib ki, 2018-ci ildə nitrogen qazı ilə boğulma metodundan istifadə haqda əhəbsxana rəsmilərinə verdiyi ərizənin surətini itirib. Bu edam metodu Alabama ştatında icazəli elan olunmasına baxmayaraq hələ də faktiki bu sahədə heç bir tədbir görülməyib.
Assosiated Pressin verdiyi məlumata görə Alabama ştatı baş prokuroru Ceymz Huts deyib: Gələn həftəyə qədər bu edam metodu icra oluna bilər.
Nitrogenlə “tədrici oksigen azalması” -Hypoxia metodu edama məhkum olunmuş şəxsin nitrogenlə nəfəs alması vasitəsilə həyata keçir. Nitrogenlə tənəffüs edən adamın bədənində oksigen azlığı yaranır və nəticədə həyatına son verilir.
ABŞ-ın heç bir ştatında indiyə qədər hələ nitrogenli hypoxia metodundan istifadə olunmayıb. 2018-ci ildə Oklahma və Misisipi ştatlarından sonra Alabama ştatı sınaqdan keçirilməmiş nitrogenli hypoxia metodundan edam üçün istifadəyə icazə verilib. Amerikada edam yalnız ölüm iynəsi ilə həyata keçir.
Amerika ştatlarında bu edam metodundan istifadəyə icazə verilməməsinin səbəbi ölüm iynəsinin defisit olması və bu işin qeyri-humanitarlığı haqda şikayətlər idi. Nitrogen qazı ilə boğulma metodunun tərəfdarları isə bunu daha humanitar iddia edirlər. Amma bu metodun tənqidçiləri onu insan üzərində sınaq olduğunu deyirlər.