Amerika ordusunda cinsi təcavüzlərin sayı il ərzində 9 minə çatıb.
Etibarlı qaynaqların verdiyi məlumata görə ötən il ABŞ ordusunda hərbçilər arasında təxminən 9 min cinsi təcavüzkarlıq faktı qeydə alınıb.
Fars xəbər agentliyinin Pentaqon hesabatlarına istinadən verdiyi məlumata əsasən, 2021-ci ildə ABŞ müdafiə nazirliyində təxminən 9 min cinsi təcavüz faktı qeydə alınıb.
“Shinoa” Agentliyinin verdiyi məlumatda deyilir: “ABŞ müdafiə nazirliyində xidmət edən 8%qadın və 1.5% kişi hərbçi ötən il ərzində arzuolunmaz cinsi təcavüzə məruz qalıb.
Amerika ordusunda hərbçilər arasında cinsi təcavüzkarlıq haqda hesabatın elə ilk sətirlərində deyilir: “Orduda arzu olunmaz cinsi təcavüzlər ordunun daimi və utancverici halıdır”
Pentaqonun araşdırmasına əsasən, 2021-ci ildə ABŞ ordusunda 8866 cinsi təcavüzkarlıq faktı baş verib. Bu isə 2020-ci illə müqayisədə 1050 fakta qədər çoxalması deməkdir.
Statiskaya görə Amerika Birləşmiş Ştatları hərbçiləri arasında cinsi təcüvüz halları ötən illə müqayisədə 25.6% artıb. Bu statistikada faktların 9,2%-i dəniz qüvvələrin., 2,4%-i isə hava qüvvələrinə şamil olur.
Onu da qeyd edək ki, Amerika gələn il üçün orduda cinsi təcavüzkarlıqları araşdırmaqdan ötrü analoqu olmayan 0.5 milyard dollar məbləğində büdcə təyin edib.