Ekspertlərin fikrincə, yaxın gələcəkdə mümkün nüvə sazişinin imzalanması sionist qruplar arasında siyasi daxili çəkişmələrə səbəb olacaq.İran və 4+1 ölkələri arasında nüvə razılaşmasının bu yaxınlarda imzalanması ilə bağlı xəəbərlər sionist rejimin narahatlıq səviyyəsini artırıb. Bu hadisə İsraillə Amerika arasında yeni gərginliklər yaranacağına səbəb olacaq reaksiyaların artması ilə nəticələnib.
Bu gərginlik o həddə çatıb ki, iki tərəf arasında gələcəkdə daha pis vəziyyətlərin yaşanmaması üçün sərt ifadələr işlədilib. Tel-Əviv itkiləri ola biləcək həddə azaltmaq, zərərdən qaçınmaq üçün çarəsiz tədbirlərə əl atıb.
Əl-Mayadenin xəbərinə istinadən, sionist rejimin 13-cü kanalının hərbi məsələlər üzrə eksperti Lon Ben David deyib ki, “Bu razılaşma zahirən xəyal olsa da, bizim üçün kabusdur. Bütün əlamətlərə görə, saziş bu yaxınlarda imzalana bilər.”