“Vaşinqton Baydenin Səudiyyə Ərəbistanına səfərində istədiyi nəticəni əldə etməyib.”
Sputnikin-verdiyi məlumata əsasən, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
O, bu gün, çərşənbə axşamı deyib ki, Baydenin Səudiyyə Ərəbistanına səfərini faydasız kimi qələmə vermək olar və Vaşinqton bu səfərdə istənilən nəticəni əldə etməyib.
Ekspertlərin fikrinə görə ABŞ-ın bu səfərdə əsas məqsədi neft hasilatının artırılması olub. Lakin Səudiyyə Ərəbistanı hələ ABŞ-ın istəyinə istənilən cavabı verməyib.