Ərəb dünyasının tanınmış analitiki ABŞ-ın keçmiş dövlət katibinin İraq xalqına qarşı qeyri-insani münasibətinə toxunaraq yazıb ki, bəzi ərəblərin təriflədikləri və müqəddəs saydıqları şəxslər əslində ABŞ-ın əsl çirkin simalarıdır.
Məlumata görə, Fələstin əsilli jurnalist və ərəb dünyası üzrə analitik Əbdülbari Ətvan Madlen Olbraytın ölümünün elan edilməsindən sonra, Twitter hesabında yazıb: “Bu gün (çərşənbə axşamı gecəsi) vəfat edən Madlen Olbraytın verdiyi açıqlamanı unuda bilmirəm. O, bir milyon uşağın qətliamına səbəb olsa belə, İraqın işğalına haqq qazandıra biləcəyini söyləmişdi.”
Ətvan sözlərinin davamında deyib: “Təəssüf ki, bu, bəzi ərəblərin müqəddəs saydığı Amerikanın əsl çirkin və qaniçən simasıdır!”
Çərşənbə günü 84 yaşında xərçəng xəstəliyindən vəfat edən Olbrayt ABŞ-ın ilk qadın dövlət katibi olub və Praqada dünyaya gəlib.
O, 19 avqust çevrilişində ölkəsinin rolunu rəsmən etiraf etməsinə baxmayaraq, rəsmi şəkildə üzr istəməkdən imtina edib.
Olbrayt 1996-cı ildə verdiyi müsahibədə yarım milyon iraqlı uşağın ölümünə baxmayaraq, İraqa qarşı sanksiyaları dəstəklədiyini bildirib.