Amerika qəzeti çərşənbə axşamı iki məlumatlı mənbəyə istinadən yazıb ki, ABŞ İsrail rejiminin Vaşinqtonun Fars körfəzindəki müttəfiqinə təcavüzkar hücumunu təsdiqləyib.
Xarici KİV-in verdiyi məlumata görə, Washington Post məlumatlı mənbəyə istinadən yazıb ki, ABŞ İsrailin Dohada HƏMAS liderlərinə hücumuna yaşıl işıq yandırıb.
Amerika qəzeti, həmçinin ərəb kəşfiyyat rəsmisinə istinadən əlavə edib ki, ABŞ hücuma razılıq verib.
Məlumata görə, ekspertlər və keçmiş rəsmilər İsrail, HƏMAS və vasitəçilər arasında diplomatik danışıqların mərkəzində olan və ABŞ-ın böyük hərbi varlığının şahidi olan bir ölkədə Vaşinqtonla koordinasiya olmadan İsrailin belə bir əməliyyat keçirməsinin çətin olacağını bildiriblər.
İsrailin Los-Ancelesdəki keçmiş konsulu Yaki Dayan bununla bağlı açıqlama verib: “ABŞ-ın yaşıl işıq yandırdığına 100 faiz şübhə yoxdur. ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazası Qətərdə yerləşir. Təyyarələr İsraildən havaya qalxsa, bunu biləcəklər.”
Qətərin paytaxtı Doha çərşənbə axşamı “Hay Katara” ərazisində bir neçə güclü partlayışın şahidi olub. İsrail ordusu Şin Betin əməkdaşlığı və hava qüvvələri vasitəsilə HƏMAS hərəkatının binasını hədəf aldığını açıqlayıb.