Qəzzəyə humanitar yardım sadəcə təbliğat və siyasi təzyiq vasitəsidir, İsrail rejimi isə Qəzzə zolağının bölünməsinə və onun hissələrini ilhaq etməyə çalışır və bu, danışıq yalanları və yeni aqressiv hücumlar həyata keçirilməsi təhdidi ilə eyni zamanda baş verir.
Misir və Körfəz KİV-lərinin dəfələrlə humanitar yardımın Rəfah quru keçidi vasitəsilə Qəzzə zolağına daxil olduğunu elan etmək cəhdlərinə baxmayaraq, faktlar bunun əksini göstərir. Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrdən yük maşınlarının, eləcə də Misir Qızıl Aypara Cəmiyyətindən yük maşınlarının gəlməsi, bu addımın Qəzzə əhalisinin həyatına real və nəzərəçarpacaq təsir göstərmədən, bu hərəkətin mediada qabarıq şəkildə yer alacağına dair əvvəlcədən anlaşmaların nəticəsi idi.
Qəzzə zolağına daxil olan humanitar yardım daşıyan yük maşınlarının sayı Zolaqdakı böhranda ciddi fərq yarada bilərdi, lakin Qəzzə hökuməti və ya HƏMAS hərəkatı ilə koordinasiyanın olmaması bu addımı baltalayıb və zolaqdakı vəziyyəti daha da pisləşdirib. Xüsusilə yük maşınlarının təhlükəsizliyini təmin edən yerli qrupların İsrail döyüş təyyarələrinin hücumlarına məruz qalması bəzi quldurların və İsrail rejiminin muzdlularının bu yük maşınlarını qarət etməsinə səbəb olub. Bəzi Misir mənbələri vurğulayıblar ki, Qəzzə zolağında Misir vətəndaşları üçün Misir yardımı aparan yük maşınları İsrail rejiminin quldurları və muzdluları tərəfindən talan edildiyi üçün təyinat yerinə çatmayıb. Bu, açıq şəkildə göstərir ki, işğalçı rejim Qəzzədə ərzaq böhranının davam etməsini istəyir ki, ondan təzyiq vasitəsi kimi istifadə etsin.
İsrail rejimində Qəzzə müharibəsinin növbəti mərhələsi barədə müzakirələr davam edir. Bəzi açıqlamalara görə, müəyyən bölgələrdə sionist hərbçilərin yenidən yerləşdirilməsi və onların tam mühasirəyə alınması üçün planlar mövcuddur. Həmçinin Qəzzə zolağının bəzi hissələrinin neytral zonalar yaratmaq bəhanəsi ilə ilhaq edilməsi barədə danışılır ki, bu da sionistlərin təhlükəli niyyətlərini göstərir. İşğalçıların Qəzzənin coğrafi, demoqrafik və siyasi reallıqlarında köklü dəyişikliklər etmək niyyətləri hər kəs üçün aydın olub. İbrani kanallarından biri İsrail Nazirlər Kabinetinin daha çox qəzzəlilərin şimaldan qovulması və cənuba göndərilməsi, Qəzzənin yaşayış məntəqələrinə yardımların daxil olmasına tam nəzarət edilməsi və Qəzzə zolağının xüsusi ərazilərinin ilhaqı da daxil olmaqla, bir neçə ssenarini müzakirə edib, araşdırdığınl açıqlayıb