İsrail rejiminin TV kanalı bu rejimin BƏƏ-dəki səfiri və Baş Nazirlik Aparatının keçmiş baş direktoru Yossi Şellinin etik rüsvayçılığına görə tezliklə vəzifəsini tərk edərək Tel-Əvivə dönəcəyini açıqlayıb.
Fələstinin xəbər agentliyi bildirib ki, məlumatlara görə, Əmirlik rəsmiləri İsrail səfirinin ölkədəki mövcudluğunun davam etməsini xoş qarşılamırlar ki, bu da Netanyahunun yaxın adamlarının İsraildə onun üçün yeni vəzifə axtarmasına səbəb olub.
Məlumata əsasən, Yossi Şellinin işğal olunmuş Fələstin ərazilərinə qayıtması onun Birləşmiş Ərəb Əmirliklərində səfir olduğu müddətdə davranışının mübahisələrə səbəb olduğu bir vaxta təsadüf edir.
Hesabatlara görə, o, bir neçə ay əvvəl bir gecə spirtli içki mağazasında yersiz davranış sərgiləyib. Bu hadisə diplomatik normaların pozulması hesab olunub və BƏƏ-lilərdə İsrail rejiminin səfirinin əxlaqi və davranış məsələləri ilə bağlı şübhələr yaradıb.
Yossi Şelli ilə BƏƏ hökuməti arasında yaşanan gərginlik ötən həftə İsrail TV 11 proqramında açıqlanıb.
Bu arada İsrailin digər bir TV kanalı İsrail rejiminin səfirinin mühafizəçilərinin onun mübahisəli davranışı ilə bağlı öz rəhbərlərinə və rejim rəsmilərinə məlumat verdiyini bildirib.
Qeyri-rəsmi İsrail şəbəkələri tərəfindən Şellinin əxlaqsız davranışı ilə bağlı hesabatın ictimaiyyətə açıqlanmasından sonra İsrailin diplomatik və siyasi dairələrində İsrailin BƏƏ-dəki səfirinin davranışının qəbuledilməz olduğu və sionistlərin şərəfinə rüsvayçılıq olduğu bildirilib.
Hökumətə yaxın və təfərrüatlarla tanış olan Əmirlik mənbəsi keçən həftə bildirib ki, sözügedən insident iki ölkə arasında münasibətlərin möhkəmlənməsini simvolizə edən birinin davranışı ilə bağlı olub və onların ümumi maraqlarını təmsil etməli olan birindən bu cür davranış, şübhəsiz ki, gözlənilmir.
Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail rejimi arasında barışıq sazişi 2020-ci il Sentyabrın 15-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə rəsmi olaraq imzalanıb və Körfəz ölkəsi sionistlərlə uzun illər gizli münasibətlərini açıq və rəsmiləşdirib.
Bu hərəkət İslam ölkələri, xüsusilə də fələstinli qruplar arasında qəzəb dalğasına səbəb olub. Müqavimət qrupları bu hərəkətləri Fələstin xalqının azadlıq istəyən istəklərinə arxadan vurulan zərbə kimi qiymətləndiriblər.