Keçmiş Mossad agenti Almaniyada 2023-cü ilin Yeni il ərəfəsində iki uşağın zorakılıqla oğurlanmasında iştirak etməkdə ittiham olunub.
İsrail qəzetlərindən birinin verdiyi məlumata görə, 35 yaşlı israilli Almaniyada bir steakhouse şəbəkəsinin varisi Kristina Blok ilə birlikdə Block uşaqlarından ikisinin atalarının evindən qaçırılmasını təşkil etməkdə ittiham olunub.
2023-cü ilin Yeni il ərəfəsində israilli kişi bəziləri hələ də polis tərəfindən axtarılan bir neçə digər şübhəli ilə birlikdə uşaqların atasının evinə basqın edərək onu yerə yıxıb və iki uşağı (13 və 10 yaşlı qız və oğlan) zorla maşına mindirib aparıb.
Məhkəmə uşaqların oğurlanması zamanı “işgəncələrə və şiddətli zorakılığa” məruz qaldığını vurğulayıb.
Blok ailəsinin vəkili ittihamları rədd edərək əməliyyatın maliyyə mükafatları almaq məqsədi ilə Blok ailəsi üçün işləyən israilli təhlükəsizlik podratçısı tərəfindən müstəqil şəkildə planlaşdırıldığını iddia edib..