Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) müzakirələrə səbəb olan bir addım ataraq, İsrail rejiminin İran ərazilərinə açıq hücumlarını və mülki şəxslərə qarşı ölümcül zərbələrini görməzlikdən gəlmiş, yeni hesabatında isə İranı 12 günlük müharibə zamanı kaset bombalarından istifadə etməkdə ittiham etmişdir.
Xarici KİV-in verdiyi məlumata görə, Beynəlxalq Əfv Təşkilatımüzakirələrə səbəb olan bir addım olaraq, bu gün (cümə axşamı) iddia edib ki, İran İslam Respublikası İyun ayında 12 günlük İsrail rejimi ilə müharibə zamanı işğal olunmuş Fələstin şəhər bölgələrinə raket hücumlarında kaset bombalarından istifadə edib. Bu iddia, İsrailin İran torpaqlarına təcavüzünü görməzlikdən gəlməklə və bu rejimin mülki şəxslərə qarşı həyata keçirdiyi qırğınlar qarşısında tam səssiz qalmaqla müşayiət olunub.
Fransanın xəbər agentliyinin məlumatına görə, Amnesty International bəyan edib ki, “keçən ay İran qüvvələri İsrailin yaşayış bölgələrinə kiçik partlayıcı bombalar daşıyan raketlər atıblar.”
Təşkilat əlavə olaraq bildirib ki, şəkillər və videoların təhlili 19-22 İyun tarixləri arasında Tel-Əviv yaxınlığındakı Bir Şeba və Rişon Letzion ətrafındakı Quş Dan kimi kimi ərazilərin bu silah növünün hədəfi olduğunu göstərir.
Lakin, təşkilat hesabatında İsrail rejiminin 13 İyun tarixində müharibəni başladığını, İran torpaqlarına birbaşa hava hücumlarını, iranlı mülki şəxslərin ölümünü və İsrailin beynəlxalq qanunları açıq şəkildə pozmasını qeyd etməyib.
Fransanın agentliyi bildirib ki, nə İran, nə də İsrail 2008-ci il Kaset Bomba İstifadəsinin Qadağanı Konvensiyasına üzv deyillər. Buna baxmayaraq, Amnesty International bu silahların mahiyyətcə ayırd edilə bilməz olduğunu və müharibə cinayəti sayılabiləcəyini iddia edir.
İsrail rejimi müharibə zamanı İran ərazilərinə yüzlərlə hava və raket hücumu həyata keçirib ki, nəticədə onlarca mülki vətəndaş şəhid olub. Buna baxmayaraq, beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Beynəlxalq Əfv Təşkilatı bu cinayətlər qarşısında hələ də səssizdirlər.