ABŞ-da “Ceffri Epstein” işi ilə bağlı təfərrüatların açıqlanması üçün təzyiqlər artan bir vaxtda, CNN şəbəkəsi ölkə prezidentinin onunla olan münasibətlərinə aid yeni görüntülər yayımlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, yeni yayılan görüntülərdə yetkinlik yaşına çatmayan uşaqların cinsi ticarət qaçaqçısının Donald Trampın toyunda görünür.
CNN-in yaydığı yeni şəkil və videolar Trampı 1990-cı illərin mühüm tədbirlərində, o cümlədən 1993-cü ildəki toyunda və 1999-cu ildə keçirilən “Victoria’s Secret” moda nümayişində Epsteinlə birlikdə göstərir.
Hərçənd ki, bu görüntülərin çəkiliş tarixi Epsteinın məhkəməsi başlamazdan əvvəlki dövrə aiddir, yenə də ABŞ prezidentinin onunla keçmişdəki münasibətləri ilə bağlı suallar doğurur.
Ceffri Epstein azyaşlı qızları cinsi istismar üçün satmaqda ittiham edilib və həbsxanada dünyasını dəyişib. Ölümünün intihar olduğu qəbul edilsə də, ölüm zamanı təhlükəsizlik kameralarının söndürülməsi də daxil olmaqla, sübutun olmaması Epsteinin öldürüldüyü ilə bağlı fərziyyələri artırıb.
Tramp Ceffri Epsteinlə bağlı hər hansı qanun pozuntusunu inkar edir, lakin hətta onun Respublikaçı tərəfdarları da cinsi ticarət işində məxfi sənədlərin açıqlanmasını tələb edirlər. Trampı dəstəkləyən jurnalist Taker Karlson bu yaxınlarda ABŞ-da keçirilən mitinqdə Epsteinin Mossad agenti olduğunu deyib.