ABŞ və İsrailin İrana qarşı 12 günlük müharibəsində ölkənin ayrılmaz hüquqlarına zərbə vurmaqla yanaşı, beynəlxalq qaydaları da bombalayan Qrossinin, Trampın və Almaniya kanslerinin qanunsuz davranışlarının şahidi olduq.
Mütəxəssislər hesab edirlər ki, Qərb, xüsusilə Tramp özünün yaratdığı və müxtəlif ölkələri, xüsusilə də müttəfiq olmayanları idarə etmək üçün istifadə etdiyi beynəlxalq qaydaları 12 günlük müharibədə pozdu və “meşə qanunu” əsasında, zorakılıqla davrandı.
Sionist rejimi isə ABŞ və Qərb tərəfindən Yaxın Şərq regionunda vasitəçi qüvvə kimi fəaliyyət göstərmək üçün hazırlanmış bir sistemdir.
İşğal altındakı torpaqlar da həmişə bu qaydaları gözardı edən və Qərbin dəstəyi ilə ən qəddar antinsanlıq hərəkətlərini həyata keçirən ərazilərdir.
Amma buna baxmayaraq, Qərb daim insan hüquqları örtüyü altında fəaliyyət göstərirdi; lakin son İran əleyhinə müharibədə bu örtük tamamilə aradan qalxdı və Qərb “meşə qanunu”na əsasən hərəkət etdiyini açıq şəkildə göstərdi.
Rafael Grossi – Qərbin Atom Enerjisi Təşkilatındakı casusu
Rafael Grossi 12 günlük müharibədən əvvəl yayılan ziddiyyətli və qərəzli hesabatla İrana qarşı hücum üçün bəhanə yaratmağa çalışdı. O, nəyinki ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu qınamadı, həm də Ağ Evin siyasətinə uyğun şəkildə hərəkət etdi və İranın nüvə proqramına qarşı dağıdıcı rolunu qorumağa çalışdı.
Son vaxtlar isə o, ABŞ prezidentinə təşəkkür etdi və vurğuladı ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramını izləməyə davam etməlidir; halbuki, ABŞ-ın İranın üç nüvə obyektinə etdiyi və böyük fəlakətə səbəb ola biləcək hücumu barədə bir kəlmə də demədi, halbuki İranın qabaqlayıcı tədbirləri ilə bu fəlakətin qarşısı alınmışdı.
Rafael Grossi açıq şəkildə göstərdi ki, onun rəhbərlik etdiyi Atom Enerjisi Təşkilatının rolu təkcə İranın nüvə proqramının qarşısını almaq deyil, hətta onu məhv etmək üçün təsir göstərməkdir.
12 günlük müharibə zamanı Əli Laricani Grossinin fəaliyyətindən danışaraq bildirdi ki, müharibədən sonra bu məsələ ilə bağlı araşdırma aparılacaq.

Amerikanın danışıqlar masasına xəyanəti
Bir çox ekspertlər hesab edir ki, sionist rejimi ABŞ-ın yaşıl işığı ilə İrana hücum edib. Bundan sonra ABŞ-ın İranın nüvə obyektlərinə hücumu bu ölkənin sionist rejimin planlarının həyata keçirilməsində nə qədər iştirak etdiyini göstərib. Tramp hər an sözlərini dəyişən ziddiyyətli bir adam olaraq CNN kimi Amerika mediası tərəfindən tezliklə məhv edilən İrana hücumdan sonra qəhrəmancasına obraz yaratmağa çalışıb. ABŞ İrana qarşı 12 günlük müharibədən sonra aparılan danışıqlarla bağlı bir çox ziddiyyətli bəyanatlar verib və bu bəyanatlardan ardıcıl, konkret və məntiqli bir siyasət belə çıxarmaq mümkün deyil. Tramp ABŞ-ın etibarsız hökumət olduğunu göstərib. Bu, hətta ölkənin müttəfiqi olan Qərb dövlətlərinə də aiddir.
Trampın aldatma əməliyyatları olan dəstəyi, ziddiyyətləri və yalanları ABŞ və İsrailin İrana hücumda bir-biri ilə nə dərəcədə koordinasiyada olduğunu göstərib.
Hətta dolayısı ilə keçirilən İran-ABŞ danışıqlar masası belə, Ağ Ev və Tel-Əvivin İrana qarşı planını həyata keçirə bilməsi üçün ört-basdır və aldatma əməliyyatı idi.
Bəzi beynəlxalq ekspertlərin fikrincə, Tramp öz zorakılıq qanunu ilə dünyanı cəngəlliyə çevirən siyasət və diplomatiya sahəsində bidət yaradıb və əslində ABŞ danışıqlar masasına xəyanət edib.

Almaniyanın çirkin işi
Almaniya kansleri İrana qarşı müharibə zamanı bu ölkəyə qarşı kobud fürsətçilik kimi qələmə verilə biləcək bir açıqlama verdi. İrana qarşı müharibənin ABŞ və sionist rejimin maraqlarına uyğun getdiyini düşünən Fridrix Mertz Kanadada keçirilən G7 sammiti çərçivəsində İsrailin İrana təcavüzü ilə bağlı verdiyi müsahibədə deyib: İsrail bizim hamımız üçün “çirkli iş” görür”.
Bu sözlər o qədər həyasız idi ki, Avropa media orqanı Euronews onlar haqqında yazıb: Bu şərh dil qaşqınlığı və ya söyüş deyil, etirafdır. İsrail elə addımlar atır ki, guya sülhpərvər olan Qərb özü birbaşa onlara qarışmaq istəmir və bu çirkinliyə bulaşmaqdan çəkinir.
Bu dar düşüncəli bəyanatlar açıq şəkildə göstərib ki, Qərb öz məqsədlərinə çatmaq üçün hər cür vasitədən istifadə edir. Cinayət, soyqırım və uşaq qətlləri törədən sionist rejimi isə ABŞ-dan Avropaya qədər Qərbin siyasətlərini həyata keçirmək üçün bir vasitəçi qüvvə kimi çıxış edir.
