ABŞ prezidentinin yetkinlik yaşına çatmamış qızlarla münasibətləri ilə bağlı müxtəlif ehtimalların yayıldığı bir vaxtda, Donald Trampın keçmiş kazino rəhbəri CNN-ə verdiyi müsahibədə Trampın cinsi istismarçı Jeffrey Epstein və yeniyetmə qızlarla olan yaxın əlaqəsini ifşa edib.
Donald Trampın keçmiş kazino rəhbəri Cek O’Donnell CNN-ə verdiyi müsahibədə Tramp ilə Jeffrey Epstein arasında yetkinlik yaşına çatmamış qızlarla bağlı qalmaqallı bir hadisəni açıqlayıb.
O’Donnell bu xatirəni belə nəql edib: Bazar günü səhəri tezdən Tramp və Epstein üç azyaşlı qızla birlikdə kazinoya daxil olublar. Kazinoda fəaliyyət göstərən nəzarətçilər bu qızların yaşlarının qanuni həddən aşağı olduğunu müəyyən ediblər.
O’Donnell Trampın rəhbərlik etdiyi kazinoda dörd il işlədiyini bildirərək əlavə edib ki, Tramp və Epstein “ən yaxın dostlar” olublar və bir çox hallarda birlikdə görünürmüşlər.
Bu açıqlama Tramp ilə Epstein arasındakı əlaqələrin dərinliyini və xarakterini daha aydın şəkildə ortaya qoyur və onların gənc qızlarla birgə iştirakı barədə narahatedici suallar doğurur.
Jeffrey Epstein yeniyetmə qızların cinsi alveri ittihamı ilə həbs olunmuş və daha sonra həbsxanada ölmüşdür. Ölüm səbəbi rəsmi olaraq intihar kimi elan edilsə də, yetərli sübutların olmaması, xüsusilə ölüm anında müşahidə kameralarının sönülü olması, onun öldürüldüyü ehtimalını gücləndirmişdir.
Bu milyarder və cinsi istismar şəbəkəsinin rəhbəri, ABŞ-ın bir sıra tanınmış siyasətçiləri və məşhurları, o cümlədən Donald Tramp ilə yaxın əlaqələrə sahib idi. Məhz bu yaxınlıq bir çoxlarını düşündürür ki, Tramp keçmişdə yeniyetmə qızlarla əlaqələrdə rol oynamış ola bilər.
Bəzi müstəqil araşdırmalar və media mənbələri Trampın Epsteinin müştərilərindən biri ola biləcəyini ehtimal edirlər. Bu iddialar hələ rəsmi olaraq sübut edilməsə də, ictimaiyyətdə və insan haqları təşkilatlarında bu məsələ ilə bağlı tam və şəffaf araşdırma aparılması çağırışları artmaqdadır.