İsrailli psixoloqların fikrincə, İsrail ordusunun əsgərləri ciddi intihar dalğasına girmək ərəfəsindədir.
İbrani xəbər agentliyinin məlumatına əsasən, İsrail ordusunun psixi sağlamlıq idarəsinin keçmiş rəhbəri deyib ki, İsrail ordusunun ehtiyatda olan hərbiçiləri ardıcıl və çoxsaylı müharibələr səbəbindən xüsusi çətinliklərlə üzləşirlər. Bu çətinliklər arasında iş və ailə həyatının dağılması, təcrid hissi, silahların əlçatanlığı və hələ həll olunmamış şok xatirələrinin mövcudluğu kimi amillər var.
O, ehtiyatda olan hərbiçilərin şəraitində yaşamağın daha dağıdıcı olduğunu vurğulayıb.
Başqa bir psixoloq isə bildirib ki, döyüş missiyasından sonra İsrail hərbiçisi evə qayıdır və ya öz bazasında qalır, amma heç bir bağlılıq hissi yaşamır, hətta həyatın mənasını da anlamır. Bu vəziyyət çox təhlükəlidir və məhz bu mərhələdə insanlar çaşqınlıq yaşayır, həyatlarına necə davam edəcəklərini bilmirlər.
Verilən məlumata əsasən, süni intellekt əsasında 24 saat ərzində psixoloji məsləhət xidməti göstərən bir onlayn platformaya ötən ay ərzində 6 mindən çox sionist hərbiçisi müraciət edib. Bu müraciətlərin 28%-i ciddi psixoloji çətinlikləri, 20%-i narahatlıq, şok və itki hisslərini, təxminən 32%-i isə tənhalıq hissini ifadə edib. Bundan əlavə, 10% hərbiçi yaxın münasibətlərində problemlərdən şikayətlənib.