BMT İnsan Hüquqları Ali Komissarlığı cümə günü, Suriya cənubunda Colaniyə bağlı üsyançıların edamlar, adam oğurluğu və talan etmək kimi cinayətlər törətdiyini təsdiqləyib.
Xarici KİV-in verdiyi məlumata görə, BMT İnsan Hüquqları Ali Komissarlığı Cənubi Suriyada “Əbu Məhəmməd əl-Colani” rəhbərliyində olan Heyət Təhrir əş-Şam terror qruplaşmasının druzi əhalisinə qarşı törətdiyi cinayətləri təsdiqləyib.
BMT cümə günü verdiyi açıqlamada Colaniyə bağlı terrorçuların Cənubi Suriyada druzilər üzərində edamlar, adam oğurluğu, şəxsi mülklərin dağıdılması və talan etmək kimi cinayətlər törətdiyini bildirib.
Xəbər agentliklərindən birinin məlumatına görə, BMT-nin hesabatında “Məhkəmə olmadan edamlar, adam oğurluğu, şəxsi mülklərin dağıdılması və evlərin talan olunması kimi geniş yayılmış zorakılıq və sui-istifadə hallarına dair etibarlı məlumatlar aldıq” deyilir.
BMT, həmçinin qeyd edib ki, bu cinayətlərdə günahkar olanlar arasında Dəməşqi idarə edən üsyançıların təhlükəsizlik qüvvələri və əlaqəli şəxsləri, eləcə də digər silahlı qruplar var.