“Davd dəhlizi” planı sionist rejimin ABŞ-ın dəstəyi ilə Qərbi Asiyada həyata keçirdiyi son geosiyasi ssenaridir. Bu layihə sadəcə coğrafi marşrut deyil; sərhədləri dəyişdirmək, su və neft ehtiyatlarına nəzarət etmək, Suriya və İraqı bölmək iddialı bir plandır.
Qərbi Asiya regionu İsrailin Suriyaya hücumu kimi yeni geosiyasi hadisələr dalğası ilə üzləşdiyi bir vaxtda ABŞ-ın koordinasiya etdiyi Davud dəhlizi adlı planın İsrail rejimi tərəfindən həyata keçirildiyinə dair sübutlar artmaqdadır. Bu plan regionun sərhədlərini yenidən cızmaq, enerji və su ehtiyatlarına təsir etmək və müqavimət oxunu zəiflətmək üçün daha geniş planın bir hissəsi hesab olunur.
Bu gün suriyalı druz separatçılarının lideri Suriyanın şimal-şərqində Məzlum Əbdinin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri ilə Suveydanı birləşdirmək üçün dəhlizin yaradılmasını istəyib.
Davud dəhlizi Tel-Əvivin kölgəsində yerləşən və İsraillə birləşən mərkəzi nöqtələri birləşdirən layihədir ki, bu da öz növbəsində İsrailə təkcə bir deyil, iki əsas düşməni olan İran və Türkiyəyə çıxış imkanı verəcək.
Əsəd hökumətinin devrilməsindən sonra İsrail rejimi qalan iki məntəqəni (Quneytərə və Suveyda) işğal edib. Bu dəhliz Suveyda üzərindən Quneytərədən keçərək əl-Cəzirə Deyr Əzzor bölgəsinə çatacaq.

Nəşr edilmiş hesabatlara və təhlillərə görə, “Davud dəhlizi” Suriyanın cənubundan başlayan, Suveyda və Quneytərə əyalətlərindən keçən və Suriyanın şimal-şərqində ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin nəzarətində olan ərazilərdən keçərək İraq Kürdüstanı bölgəsinə və İran və Türkiyə sərhədlərinə çatan marşrutdur.
Bu dəhliz təkcə İsrailə Fərat çayına və bölgənin zəngin su və neft ehtiyatlarına birbaşa çıxış imkanı vermir, həm də kürd və druz separatçı qrupları ilə strateji əlaqə yaradır.
Analitiklər hesab edirlər ki, bu planın həyata keçirilməsində təkcə geostrateji aspekt deyil, həm də ideoloji mesaj var. Bəzi ibranidilli mənbələr iddia edirlər ki, bu marşrut Talmud nöqteyi-nəzərindən tarixi vədin yerinə yetirilməsi hesab olunur; işğal olunmuş Fələstinin sərhədlərindən Fərat çayına çıxış.
Digər tərəfdən ABŞ Tanf bölgəsindəki qüvvələrini saxlamaqla və şimalda Suriya Demokratik Qüvvələrinə (SDQ) tam dəstək verməklə bu geosiyasi tapmacada tamamlayıcı rol oynayır. İraq-Suriya-İordaniya sərhəd üçbucağında bu hərbi mövcudluq, əslində, bu dəhlizdə həyati vacib birləşdirici halqadır.
İordaniya qəzetində Məhəmməd Xaroub da daxil olmaqla, ərəb jurnalistləri bu yaxınlarda açıqladılar ki, bu planın məqsədi Suriyanı üç yerə bölməkdir: cənubda Druzi dövləti, şimalda Kürd dövləti və Dəməşqdə qalan zəif mərkəzi hökumət.
Onun sözlərinə görə, Vaşinqton və Tel-Əviv bu dəyişikliklər vasitəsilə regiona hökmranlıq etmək üçün yeni siyasi və iqtisadi yol cızmaqda qərarlıdır.
Türkiyə də İsrailin öz sərhədləri yaxınlığındakı hərəkətlərini narahatlıqla izləyir, çünki bu ssenari Ankaranın Suriyanın şimalındakı təsir yolunu praktiki olaraq təhlükə altına qoyur və Tel-Əvivin kürdlərə dəstəyi Türkiyənin ərazi bütövlüyünə birbaşa təhdid kimi qiymətləndirilir.
Bir sözlə, “Davud Dəhlizi” təkcə coğrafi təsir planı deyil, həm də regionda güc və suverenliyin yenidən dizaynı üzrə daha böyük layihənin bir hissəsidir. ABŞ və sionist rejim yeni Qərbi Asiya arzusundadır; lakin bölgənin oyanması bu yuxunu onun dizaynerləri üçün kabusa çevirə bilər.