İsrail rejiminə dəstəyini davam etdirən Britaniya polisi ölkə daxilində “Fələstin Fəaliyyəti” qrupuna qoyulan qadağanın ləğvi tələbi ilə keçirilən etiraz aksiyaları zamanı ən azı 71 nəfəri həbs edib.
Xarici KİV-in verdiyi məlumata görə, İngiltərə polisi ölkədə Fələstin tərəfdarlarına qarşı növbəti repressiya tədbiri olaraq, “qadağan olunmuş təşkilata dəstək vermək” bəhanəsi ilə Londonda 41 nəfəri saxlayıb. Bu etirazçılar Londondakı Parlament Meydanında “Fələstin Fəaliyyəti” qrupunun qadağan olunmasına etirazlarını bildirmək üçün toplaşmışdılar.
“Fələstin Fəaliyyəti”nın qadağan olunması, bu qrupun fəallarının keçən ay bir hərbi bazaya daxil olaraq, İngiltərənin İsrailin Qəzzəyə qarşı müharibəsinə dəstəyinə etiraz olaraq iki təyyarənin üzərinə qırmızı boya səpməsindən sonra həyata keçirilib. Bir çox insan haqları təşkilatları İsrailin Qəzzəyə qarşı müharibəsini “soyqırımı” adlandırıb.
İngiltərədə insanların saxlanılması yalnız paytaxtla məhdudlaşmayıb; Mançesterdə 16, Cənubi Uelsdə isə 13 nəfər 2000-ci il “Terrorizmə qarşı Mübarizə Qanunu” əsasında həbs edilib.
İngiltərə rəsmiləri keçən həftə də “Fələstin Fəaliyyəti” qrupunun qadağan olunmasına etiraz edən aksiyada iştirak edən 29 nəfəri, o cümlədən bir keşişi və bir neçə səhiyyə işçisini saxlamışdılar.