Videolar hazırlayıb İran xalqına farsca deyirdilər: “Bizim sizinlə problemimiz yoxdur, biz sizinlə dostuq”. Amma həmin bu adamlar iki aylıq körpənin bütün bədənini yandırıb, 600-dən çox insanı şəhid edib, iranlı anaları üç yaşlı övladlarının yasına qərq ediblər.
Yaxşı insan olan və həqiqətən də həmin gün həbsxananın qapısına kiməsə razılıq verərək digər bir məhbusu ailəsinə qaytara bilsin diyə gedən birisinin başına belə bir hadisə gəldi. O, tək deyildi. Bir çoxları da məhbuslarını ziyarət etmək üçün Evin həbsxanasına getmişdilər.
İsrail rejimi Evin həbsxanası və xəstəxanasının girişinə hücum edərək ən azı 79 nəfəri şəhid edib.
Bu rejimin İran xalqına qarşı cinayətləri bununla da bitməyib. Sionist rejimi onilliklər boyu davam edən körpə öldürmə ənənəsində ən azı 10 qız və 5 oğlan uşağı şəhid etdi və ən azı 3 xəstəxanaya hücum çəkdi.

Məryəm sadəcə ana idi…
Məryəm iranlı bir ananın adı idi; ana olmasından uzun müddət keçməmişdi. 29 yaşlı Məryəm əsgər deyildi; o sadəcə ana idi.
Onun və azyaşlı övladının fotoları bu torpağın insanlarına qarşı törədilmiş cinayətin sübutudur; sionist rejiminin törətdiyi cinayət. Baş nazirinin davamlı bəyanatlarında İran xalqı ilə heç bir əlaqəsi olmadığını və hədəfinin İran hökuməti olduğunu iddia edən həmin rejim.

Qızıl Aypara qüvvələri köməyə getmişdi
Qızıl Ayparanın yardım işçiləri də İsrail rejiminin hücumlarından sığortalanmayıb.
Rejim təcili yardım maşınlarına hücum etməklə yanaşı, bir neçə igid və gənc iranlı yardım işçisini də şəhid edib.
Qüds meydanı və İsrailin İran xalqına sevgisi!
Paytaxtın pik saatlarında bu rejimin Tehranın Qüds meydanına hücumu ilə bağlı yayımlanan görüntülər İsrailin İran xalqına olan yalançı sevgisinin bir daha sübutudur!
İran xalqı küçələrə çıxdı; amma Netanyahuya qarşı
Bibi iranlıları tanımamışdı. O, İrana hücum etməklə bu ölkənin xalqını küçələrə çıxararaq İranın atmosferini iğtişaşlarla etibarsız hala gətirə biləcəyini və nəticədə bu torpağın parçalanmasına zəmin yarada biləcəyini proqnozlaşdırmışdı.
Bu israilli nəyisə düz təxmin etmişdi; xalq küçələrə çıxdı, amma onun və onun rejiminin cinayətlərinə etiraz və müxalifət üçün.
Bu rejimin təsəvvürünün əksinə olaraq, İsrailin hücumları iranlıları əvvəlkindən daha çox birləşdirdi. İndi əvvəllər İsrailin əsl simasını anlamayanların çoxu bu rejimi daha yaxşı tanımağa başlayıb.
İran xalqı hər bir inanc, din və ya düşüncə ilə bu təcavüzə qarşı mübarizə aparmaq üçün birləşdi; çünki indi vacib bir şey təhlükə altında idi: vətənləri.


İndi Kərbəla hekayəsi İran xalqı üçün heç vaxt olmadığı qədər hiss olunur.
İndi Əli Əsğərin ziyarətgahı haqqında eşidəndə Rayan Qasemiyan yada düşür.
Rüqəyyəni eşidəndə üç-dörd yaşlı iranlı oğlan və qızları düşünür və cümlənin dərinliyini hər zamankindən daha çox dərk edirlər: “Hər gün Aşura, hər yer Kərbəla.”