Keçmiş AB xarici siyasət rəhbəri Josep Borrell bildirib ki, son bir ayda “Qəzzə Humanitar Fondu” adlandırılan mərkəzlərdə yemək almağa çalışan 550 ac fələstinli amerikalı muzdlular tərəfindən öldürülüb.
Xarici KİV-in məlumatına görə, Borrell cümə axşamı gecəsi X sosial şəbəkəsində yazıb: O, avropalıların bu qətliamla bağlı susqunluğunu tənqid edərək əlavə edib: Bu, dəhşətlidir, lakin Avropa Komissiyası və Avropa Şurası bu cinayətlərə qarşı tədbir görməkdə maraqlı deyil.
Qəzzə Humanitar Fondu (GHF) sionist rejimin dəstəyi ilə ABŞ tərəfindən yaradılıb və BMT tərəfindən pislənib.
Qəzzədə qida paylayan və ABŞ-da qeydiyyatdan keçmiş vəqf 12 Fevral 2025-ci ildə Cenevrədə filialını qeydiyyatdan keçirmişdi. Lakin İsveçrə səlahiyyətliləri Cenevrə filialını bağlamaq niyyətində olduqlarını açıqlayıblar.
İsveçrənin Vəqflərə Nəzarət üzrə Federal İdarəsi açıqlamasında bildirib ki, Qəzzə Humanitar Fondu İsveçrədə fəaliyyət göstərmək üçün müəyyən qanuni tələblərə, o cümlədən müvafiq sayda idarə heyəti üzvlərinə, poçt ünvanına və ya İsveçrədə bank hesabına malik olmaq tələblərinə cavab vermir.
ABŞ Dövlət Departamenti Qəzzə Humanitar Fonduna 30 milyon dollar ianə etdiyini açıqlayıb. Bu, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Philippe Lazzarininin Qəzzədə humanitar fondun qida paylamasını “ölüm tələsi” kimi təsvir etdiyi vaxta təsadüf edir.