Netanyahu son çıxışında bu rejimin müharibədə iki əsas məqsədini açıqlayıb və İsrail rejiminin bu hərbi məqsədlərə çatması səbəbindən qalib gəldiyini iddia edib. Lakin aparılan araşdırmalar göstərir ki, bu məqsədlərin heç birinə çatmayıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejiminin baş naziri Netanyahu son çıxışlarında bildirib ki, “məqsədlərimizə çox yaxınlaşmışıq” və hazırkı müharibənin dayandırılmasından sonra “tarixi bir qələbə əldə etdik” deyə elan edib. Lakin elə həmin çıxışlarda, o, müharibənin nəticəsi ilə bağlı tam fərqli bir vəziyyətin mövcud olduğunu göstərən mühüm məqamlara da toxunub.
Qəzetlərdən birinin yazdığına əsasən, Netanyahu açıq şəkildə bəyan edib ki, bu hərbi əməliyyatlar iki obyektiv təhlükəni aradan qaldırmaq məqsədilə həyata keçirilib:
1. Nüvə təhlükəsi
2. Ballistik raket təhlükəsi.
O, iddia edib ki, “bu iki məqsədə çatmaq üçün addım-addım irəliləyirik” və əlavə edib ki, baxmayaraq ki, uzanan, yıpradıcı müharibədən qaçmağa çalışır, lakin “məqsədlərinə çatmadan müharibəni dayandırmayacaq.”

Netanyahu, həmçinin bildirib ki, İranın “60 faiz zənginləşdirilmiş 400 kiloqram uranı var” və bu uranın harada saxlandığını bildiklərini iddia edib. O, 60 faizlik zənginləşdirilmiş uranı nüvə proqramının mühüm bir hissəsi kimi dəyərləndirib.
İsrail rejiminin baş naziri müharibədə qələbə səbəbi kimi bu iki hədəfə (nüvə və ballistik raket təhlükələrinin aradan qaldırılması) çatmağı göstərib. Bu məntiqə əsasən, əgər rejim bu iki məqsədə nail olmayıbsa, deməli, bu müharibədə məğlub olmuş sayılır.
- Raket Qüdrəti
İsrail rejiminin İrana hücumu, yüksək rütbəli hərbi komandirlərin terroru ilə başladı; məqsəd o idi ki, İran artıq İsrailə cavab vermək gücündə olmasın. Lakin bu hədəfin uğursuz olduğu çox aydın şəkildə sübut olundu. Çünki müharibənin ilk günündən son anına qədər İran ballistik raketlər atmağa davam etdi və bu raketlər hədəflərə dəydi.
Hərbi mütəxəssislərin fikrincə, atılan raketlər İranın raket arsenalının yalnız bir hissəsini təşkil edirdi və güclü hissəsi hələ istifadəyə verilməmişdi. Bu səbəblə, tamamilə aydındır ki, Netanyahu özünün birinci hədəfi – İranın raket qabiliyyətini məhv etmək – məqsədinə çata bilməyib.
- Nüvə Proqramı
“The Times of Israel” qəzetinə danışan bir sionist kəşfiyyat zabiti bildirib: “ABŞ və İsrailin bombardmanları İranın nüvə proqramını bir neçə il geri atdı, amma onu tamamilə məhv etmədi.”

Bundan əlavə, dünən ABŞ-ın CNN xəbər agentliyi xüsusi bir reportajda ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarının nəticələrini təhlil edib və belə yazıb:
ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin ilkin qiymətləndirməsinə görə, Birləşmiş Ştatların İranın üç nüvə obyektinə etdiyi hərbi hücum, bu ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib və ehtimal olunur ki, sadəcə onu bir neçə ay gecikdirmişdir.
Bu qiymətləndirmə ABŞ-ın regiondakı Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən aparılıb. Məlumata görə, iki etibarlı mənbə bildirib ki, hücumlara baxmayaraq, sentrifuqalar əsasən “sağlam” qalıb. Bu isə ABŞ prezidentinin İranın nüvə obyektlərinin “tamamilə məhv edildiyi” iddiası ilə ziddiyyət təşkil edir.
Digər tərəfdən, Netanyahu özü də bildirib ki, İranın 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranı var. Bu fakt və digər hesabatlara əsasən, İsrail ikinci əsas hədəfi – İranın nüvə proqramının məhvini – reallaşdıra bilməyib.
Əvvəllər də qeyd edildiyi kimi, Netanyahu müharibəni yalnız hədəflərə tam çatdıqdan sonra bitirəcəyinə söz vermişdi. Lakin o, bu hədəflərə çatmadan müharibəni dayandırmağa razı olub.