İsrail rejiminin İran İslam Respublikası ilə apardığı müharibənin hərbi və təhlükəsizlik nəticələrinin fonunda, İsrail rejiminin Maliyyə naziri Bezalel Smotriç nəhayət, Tel-Əvivin bu təcavüzünün real və ağır xərclərini açıqlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, İsrail rejiminin Maliyyə naziri Bezalel Smotriç İranla müharibənin birbaşa iqtisadi zərərlərini 1.22 milyard dollar ilə 1.35 milyard dollar arasında qiymətləndirərək əlavə edib ki, İranla müharibənin sonuncu xərcinin 5.4 milyard dollara qədər yüksəlməsi ehtimalı var.
Smotriçin İsrail rejiminin TV kanallarından birinə verdiyi açıqlamasına əsasən, bu münaqişənin maliyyə ölçüsü ilkin gözləntiləri aşmışdır.
İlk növbədə, İsrailin əsas infrastrukturuna, obyektlərinə, əmlaklarına və mühüm sənaye sahələrinə dəymiş birbaşa zərərlər 1.22 milyard dollar ilə 1.35 milyard dollar arasında qiymətləndirilir. Bu rəqəm, İranın Tel-Əviv, Hayfa və İsrailin digər mərkəzi bölgələrindəki strateji nöqtələrə etdiyi raket və dron hücumlarından yaranan dağıntıları əhatə edir və müharibənin həqiqi xərcinin yalnız kiçik bir hissəsini təşkil edir.
Növbəti mərhələdə, İsrail hökumətinin ümumi hesablamalarına əsasən, bu müharibənin toplam xərci 5.4 milyard dollara çata bilər. Bu rəqəm, yalnız dövlət büdcəsinə təzyiq yaratmaqla qalmır, həm də onun nəticələri maliyyə kəsiri, iqtisadi tənəzzül, sığorta və vergi artımlarında özünü göstərir.
Digər tərəfdən, vətəndaşlardan minlərlə təzminat tələbinin alınması, müharibənin İsrail cəmiyyətinə olan dərin təsirini ortaya qoyur. Bu rəqəm, zərərlərin yalnız ordu və infrastrukturla məhdudlaşmadığını, həm də gündəlik həyat və sakinlərin psixoloji təhlükəsizliyi üzərində ciddi təsir yaratdığını göstərir.
Ümumilikdə, yayımlanan məlumatlar göstərir ki, baxmayaraq ki, İsrail müharibəni hərbi baxımdan qısa müddətdə başa çatmış hesab edir, onun iqtisadi nəticələri hələ yeni başlayır. Bir çox analitiklərin fikrincə, müharibənin xərcləri əvvəlki dövrlərdən fərqli olaraq yalnız siyasi və hərbi deyil, həm də rejimin iqtisadi və sosial strukturu ilə sıx bağlıdır. Bu, gələcəkdə regiondakı güc balansında müəyyənedici rol oynaya biləcək bir həqiqətdir.