ABŞ-ın CNN xəbər kanalı İran tərəfdən işğal olunmuş ərazilərə atılan raketlərin sayının azalmasın baxmayaraq, İsrail rejiminin bir neçə qatdan ibarət havadan müdafiə sistemlərinin bu raketlərin qarşısını almağa qadir olmadığını etiraf edib.
Xarici KİV-in cümə axşamı günü verdiyi məlumata görə, ABŞ-ın CNN xəbər kanalı “Doğru vəd-3” əməliyyatları çərçivəsində İranın işğal altındakı ərazilərə qarşı raket hücumlarının 12-ci dalğasından sonra etiraf edib ki, sionist rejimi bir neçə qatdan ibarət havadan müdafiə sistemlərinə sahib olmasına rəğmən, İran raketlərinin qarşısını almağa qüdrəti çatmır.
Bu xəbər kanalının müxbiri hücum bitdikdən sonra Tel-Əvivin mərkəzində ciddi şəkildə ziyana uğramış binanın görüntülərini yayıb.
Sionist rejimi ötən cümə günü (13 İyun) beynəlxalq qanunları və İranın ərazi suverənliyini aşkar şəkildə pozmaqla Tehranın və digər şəhərlərin bölgələrinə hərbi hücum təşkil edib. Bu terror hücumlarında bir sıra hərbi komandirlər, alimlər və mülki vətəndaşlar şəhid olublar.
Bu hücumun ardınca, İranın hərbi qüvvələri sionist rejimə qarşı Doğru vəd-3 adlı əməliyyata başlayıb.