Google görünməmiş bir addım ataraq İsrail rejiminin müxtəlif şəhərləri ilə bağlı hava görüntülərini torlu və görünməz şəkilə salıb.
Son günlərdə Google Map adlı google xəritə xidmətindən istifadə edən istifadəçilər İsrail rejiminin Qüds və Tel-Əviv kimi müxtəlif şəhərlərinin peyk görüntülərinin keyfiyyətli görüntüsünün mümkün olmadığını müşahidə ediblər.
Görünür ki, Google sionist rejimin hərbi və kəşfiyyat rəsmilərinin istəyi ilə İsrail rejiminin müxtəlif yerləri ilə bağlı xəritəni dumanlı edib ki, İranın sionist rejiminə hücumlarından sonra dəyən ziyanların və dağıntıların həcmi təxmin edilə bilməsin yaxud İsrail rejiminin müxtəlif yerləri ilə əlaqədar coğrafi məlumatlar müşahidə olunmasın.
Şəhərin bütün görüntüsü dumanlı edilməyib. Görünür ki, İran tərəfindən bombalanan yerlər bu şəkildə görünür.
Google sionist rejiminə xoş xidmət göstərməkdə uzun keçmişə sahibdir.
Bu şirkət son 2 ildə sionist rejimi ilə əməkdaşlığa görə etiraz edən onlarla işçisini işdən çıxarıb və bir çox texnologiyanı fələstinli qadın və uşaqların soyqırımı üçün sionist rejimin ixtiyarına verib.