İşğalçı sionist hərbçilər Trampa yaxın olan Amerika televiziya kanalının müxbirini sionist rejimə vurulan böyük ziyana işarə etdikdən dərhal sonra reportaj yerindən qovublar.
Məlumata görə, İranın işğal olunmuş ərazilərə raket hücumlarını işıqlandıran amerikalı jurnalist xəbərini kəsməzdən əvvəl İran raketlərinin hətta Hərbi Nazirliyinin binasını vurduğunu açıqlayıb.
İsrail ordusunun sözçüsü verdiyi açıqlamada, İran raketlərinin dəydiyi yer və xəsarətlərlə bağlı hər hansı görüntü və ya videonun dərc edilməməsi ilə bağlı ciddi xəbərdarlıq edib.
Xarici KİV-in şənbə günü səhər verdiyi xəbərə görə, Rusiyanın TASS xəbər agentliyi İran raketlərinin F-35, F-16 və F-15 döyüş təyyarələrinin yerləşdiyi İsrail hava bazaları da daxil olmaqla, 150-dən çox hədəfi vurduğunu bildirib.
Dünən səhər (13 iyun 2021-ci il, cümə) sionist rejimin Tehrana və ölkənin bir sıra şəhərlərinə terror hücumundan sonra çoxlu sayda hərbi komandirlər, elm adamları və mülki şəxslər şəhid olublar.