ABŞ prezidenti sionist rejimin İrana təcavüzü ilə bağlı bir neçə bəyanatında bildirib ki, Vaşinqton indiyə qədər olduğu kimi, mütləq İsraili dəstəkləyəcək.
Verdiyi qısa telefon müsahibəsində Donald Tramp İsrailə tam dəstəyini bəyan edərkən, rejimin İrana hücumunu “çox uğurlu” adlandırıb.
ABŞ prezidenti sionist rejimə dəstək barədə deyib: Biz, şübhəsiz ki, İsraili daha əvvəl heç kimin etmədiyi bir şəkildə dəstəkləyirik.
İrana əvvəlki xəbərdarlığına toxunan Tramp iddia edib: “İrana 60 günlük xəbərdarlıq etdim. Bu gün 61-ci gündür. Onlar məni dinləməli idilər”.
O, daha sonra İranın siyasi ab-havasının dəyişməsinə toxunaraq deyib: “Onlar çox gec olmadan indi danışıqlar masasına oturmalıdırlar.