Polis sözçüsü, FARAJA-nın (İran Polis Qüvvələrinin Baş Komandanlığı) terrorla mübarizə bölməsinin genişmiqyaslı əməliyyatı barədə məlumat verərək, İŞİD terror şəbəkəsinin üzvlərinin Tehranda həbs edildiyini açıqlayıb.
Briqada generalı Müntəzir əl-Mehdi deyib: Son günlərdə İslam Respublikası Polis Qüvvələrinin Terrorla Mübarizə Bölməsi tərəfindən həyata keçirilən geniş və mürəkkəb əməliyyat nəticəsində, İŞİD terror qruplaşmasına bağlı intiharçı və terrorçu bir şəbəkə son mərasimlərdə bombalı hücumlar və təxribatlar həyata keçirmək niyyəti ilə fəaliyyət göstərərkən, Tehran Böyük Polis Komandanlığı və İsfahan, Qum və Əlborz əyalətlərindəki əməkdaşlarımız tərəfindən tam şəkildə zərərsizləşdirilib.
O, qeyd edib ki, əməliyyat nəticəsində 13 nəfər, o cümlədən qrupun rəhbəri, idarə və dəstək komandaları və intihar hücumu həyata keçirməyə hazır şəxslər, intihar jiletləri və çantaları da daxil olmaqla, lazımi avadanlıq və materiallarla birlikdə həbs olunublar.
Müntəzir-əl-Mehdi əlavə olaraq bildirib ki, bu terror şəbəkəsinin ifşası və zərərsizləşdirilməsi ilə bağlı daha ətraflı məlumat önümüzdəki günlərdə ictimaiyyətlə paylaşılacaq.

