Fələstin Mücahidləri Hərəkatı ABŞ-ın Qəzzədə atəşkəs üçün BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoymasını bu ölkənin Qəzzə xalqının qətli və soyqırımı üçün sionistlərə yaşıl işıq yandırmaq kimi qiymətləndirib.
Cümə axşamı xəbər agentliklərindən birinə istinadən verilən məlumata görə, Fələstin Mücahidləri Hərəkatı bəyanat yayaraq, “cinayətkar ABŞ hökuməti”nin vetosunu kəskin pisləyib və vurğulayıb: Bu hərəkət açıq şəkildə göstərir ki, Tramp administrasiyası, bu ölkənin əvvəlki administrasiyası kimi sionist rejimin Qəzzə xalqına qarşı soyqırım və etnik təmizləmə aparmasında əsas tərəfdaşdır.
Bəyanatda deyilir: ABŞ-ın vetosuna görə Təhlükəsizlik Şurasının atəşkəs haqqında qətnamə çıxarmaması bir daha bu qurumun acizliyini və bacarıqsızlığını göstərib və sübut edib ki, bu beynəlxalq təşkilat tamamilə ABŞ və sionist rejimin hökmranlığı və itaətsizliyi altındadır. Bu hərəkət həm də göstərib ki, ABŞ və sionist rejim beynəlxalq sabitlik və təhlükəsizliyə real təhlükədir və biz beynəlxalq ictimaiyyəti öz öhdəliklərini yerinə yetirməyə və ABŞ-ın itaətsizliklərinə qarşı durmağa çağırırıq.
Fələstin Mücahidləri Hərəkatı əlavə olaraq qeyd edib: ABŞ Fələstin xalqının müharibəsi və soyqırımının davam etdirilməsi üçün tam məsuliyyət daşıyır, çünki onun müxtəlif hökumətləri sionist rejimə siyasi və hərbi dəstək verir, Netanyahu və onun cinayətkar dəstəsini ört-basdır edir.
Bəyanatın başqa bir hissəsində deyilir: Böyük iqtisadi razılaşmalar və Trampın regiona səfəri zamanı qəbul edilən səmimi qarşılanma onun və hökumətinin sionist rejim tərəfindən Qəzzə xalqının soyqırımına mütləq dəstəyini davam etdirməsi üçün təşviqdir. Biz bütün İslam ümmətini və dünyanın azad insanlarını Qəzzədə günahsız insanların öldürülməsinə dəstəyi dayandırması üçün ABŞ-a təzyiq göstərmək üçün bütün vasitələrdən istifadə etməyə çağırırıq.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yerli vaxtla çərşənbə günü axşam keçirilən iclasında Qəzzədə dərhal, qeyd-şərtsiz və daimi atəşkəs və bütün məhbusların azad edilməsini tələb edən qətnamə layihəsini qəbul edə bilməyib. Səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü qətnamənin lehinə səs verib. Lakin veto hüququna malik daimi üzv olan ABŞ qətnamənin əleyhinə səs verib və onun qəbuluna mane olub. Bu, ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin Yanvar ayında vəzifəyə başlamasından sonra Vaşinqtonun ilk vetosudur.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Doroti Şi səsvermədən əvvəl çıxış edərək belə iddia edib: “Təklif olunan qətnamə, Qəzzədə atəşkəsin qurulması istiqamətindəki diplomatik səyləri mövcud reallıqlar əsasında zəiflədir.” O, əlavə edərək deyib: Təklif olunan qətnamə HƏMAS-ı daha da təşviq edəcək və Təhlükəsizlik Şurası bu qrupu ABŞ-ın təklif etdiyi atəşkəs planını qəbul etməsi üçün təzyiq etməlidir.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini iddia edib: Birləşmiş Ştatlar, Təhlükəsizlik Şurasının Qəzzədə dərhal və daimi atəşkəs tələb edən qətnaməsini veto etdi, çünki bu qətnamə əsirlərin azadlığı ilə bağlı deyildi. Bu qətnamə həmçinin, 7 Oktyabr 2023-cü il tarixində HƏMAS tərəfindən Cənubi İsrailə edilən hücumu pisləmir və ya həmin qrupun silahsızlandırılmasını və Qəzzədən çəkilməsini tələb etmir.