Elmi və xəbər mənbələri çərşənbə axşamı Donald Trampın siyasəti nəticəsində Amerika universitetlərində təhsil almaq istəyinin azaldığını bildiriblər.
“Nature” elmi jurnalı İyun ayının 3-ü bildirib ki, Tramp vəzifəyə gəldikdən sonra Çin və Avropadan olan tələbələrə və doktoranturadan sonrakı tədqiqatçılara Amerika universitetlərində oxumaq və ya işləmək üçün tələbat azalıb.Bu analizə görə, eyni zamanda, ABŞ-ın özündə işləyən və xaricdə iş tapmağa çalışan alimlərin sayı da nəzərəçarpacaq dərəcədə artıb.
Donald Trampın ikinci prezidentlik dövründə federal büdcə alimlərə olan elmi araşdırmalar üçün ayrılan vəsaitləri ciddi şəkildə məhdudlaşdırıb və bu məqsədlə tibb və sağlamlıq sahəsindəki bir araşdırma institutunun 4 milyard dollar dəyərində büdcəsini dayandırıb.
Bu qərar minlərlə tədqiqat layihəsinin dayandırılmasına və alimlərə verilən qrantların ləğv edilməsinə səbəb olub.
ABŞ hökuməti, həmçinin beynəlxalq tələbə və tədqiqatçılara verilən vizaları ləğv edib və xarici tələbələr üçün yeni viza verilməsini dayandırıb.
Washington Post qəzetinin məlumatına görə, digər ölkələrdəki elmi mərkəzlər bu fürsəti istifadə edərək amerikalı alimləri cəlb etməyə çalışırlar.
Qəzetin yazdığına görə, Fransada bir universitet ABŞ-da qrantları ləğv edilən alimləri cəlb etmək üçün yeni bir proqram başlayıb və çoxsaylı müraciətlərin gəlməsi səbəbindən qəbul üçün limit qoymağa məcbur olub.
Portuqaliyada isə bir elmi institut bildirib ki, yalnız son iki ayda gənc amerikalı müəllimlərdən gələn iş müraciətləri on dəfə artıb.
Amerikalı alimlər, Washington Post-la danışarkən bu vəziyyəti “Çin üçün ən yaxşı hədiyyə” olaraq qiymətləndiriblər. Hansı ki, bu ölkə ABŞ-ı elm və texnologiya sahələrində geridə qoymaq istəyir.